Müdirdi o balaca bir idarədə,Heç bilmədim nə barədəİşim düşdü,Biz görüşdük.Salamımı elə aldı,Şirin dillə gülə-gülə.Heç işim də düzəlmədi,İncimədim bircə gilə.Bircə anlıq söhbətindənYüngülləşdim.Yorğun idim elə bil ki,Dərman içdim.Baxdım gülər üzünə mən,Güldü üzüm.Dodağımda şirinləşdiAcı sözüm.Yola çıxdım,Yol açıqdı,Dünya geniş!Səma mavi, sular gümüş,Ləpələrin dodağında,Par-par yanır sevinc, gülüş!Gözəl rəftar gözəllikdəİlk bahara bənzəyirmiş.Bir insanın yaxşılığıBir şəhəri bəzəyirmiş.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов