Sevinc aşdı-daşdı eynən sel kimi,Eynən qanad açdı quş kimi fərəh.Arzu çiçəkləndi eynən gül kimi,Eynənlər qalandı üst-üstə, səf-səf.

Hər yerdə karına gəlməz bu eynən,Məgər, fəlakətin eynəni varmı?Bəs sən müsibəti ölçürsən nəynən,Dərddən də o yana heç dərd olarmı?!

Gəldi-gedər deyil, dərdim sevinc tək,Dərd – sınmaz, əyilməz, dərd – sərtdir, mərddir.Dərdi dərddən başqa nəyə bənzədək?!Dərdin təşbehi yox, dərd elə dərddir.

Dekabr, 2005

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе