Qum saatı
Qum saatı görmüsənmi?İçi narın qumla dolu,İki tərəfi də yastı,Ağzıbağlı, dolça kimi,Şüşə qabdı – qum saatı.
Üstü xət-xət,Hər xətdə – vaxt.Gah bu yana axır qumu,Gah o yana axır qumu.Bir-birini itələyə-itələyə –Amma, vaxtla, asta-asta.
Qum axdıqca gəl sən də bax,Gör necə qarışır vaxta vaxt.Mən də baxdım,qum saatın işinə.Dünyanı yaşadan vaxtdır – gördüm,Vaxt yoxdursa, yoxdur heç nə!
Günümüzü-güzəranımızıgətirdim göz qabağına.Gördüm, elə bu dolçadakı qum kimiBizi də yığıblar qoz qabığına –Yer kürəsinə.Burda da insanlar bənzəyirbirər-birər qum dənəsinə.Bir də görürsən kimsədolçanı qoyur ayağı üstə,axırıq üzü aşağı.Sonra birisi,ya elə həmin o kimsə –dolçanı çevirir başı üstə,yenə axırıq üzü aşağı.Çox az müyəssər olurbizə gün işığı.
Bu ucsuz-bucaqsız, gen-geniş,Aylı-ulduzlu,günəşli kainatda,Dörd bir yanı kip qapalı şüşə,Bu dar-daracıq yerdə yaşayırıq biz!Üz-üzə, göz-gözə, döş-döşə,Deyinə-deyinə, döyüşə-döyüşə,Bir-birimizi yıxa-yıxa,Üzü aşağı sürüşə-sürüşəkeçir ömrümüz…
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-sadiq-qum-saati
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu yazı – bu kitabı görən kimi fikrimə gələn ilk təəssüratdır! İlk təəssürat – ilk məhəbbət kimi, bir az kor, bir az mübaliğəli olur. Amma çox təbii, ilkin və saf!İndi keçirəm yazını oxumağa. Yaşımı nəzərə alın. Bu qədər sözü əzbər deyə bilmərəm.
Xocalı xəcilləriŞirvannəşr – 2006*Ələkbər Salahzadə. «Xocalı xəcilləri».*
Orda nəhəng vardırŞair Vaqif Hüseynovun xatirəsinə*Mən Vaqifi iki dəfə gözüm dolusu görmüşəm. Bir – 60-cı illərdə, Bakıda. Onda ADU nəşriyyatında bir almanax nəşr olunmuşdu. Orda Vaqifin 3 bəndlik bir qoşması vardı. Qoşma çox sadə, rəvan və aydın dillə yazılmışdı. «…Görən qalacaqmı o çağa şeirim?» sualına gec də olsa, bu gün cavab veririk. Sənin dediyin o günlər gəlib Vaqif, şeirin də gəlib çıxıb bu çağa. Olub bizimlə çağdaş.
Hələ də şairlər doğulurQazax mahalında hələ də şairlər var – gördüm.Bu qızın şeirində torpaq qarışıq qızıl misralar gördüm. Ara-bir xalis külçələrə də rast gəldim.
Стихи других поэтов
Mən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
Bu gecəDöndü murad üzrə fələkDövran bizimdir bu gecə
Təbrizin qarətiGənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu