Huş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.Həzər qıl, gözəlim, alma ahımı,Aşiqi ağladan bir bərxordar olmaz.

Eşqin ilə cismim yanar, tutuşar,Sanma sinəm zəxm olubən bitişər,Sağ olursam mənə eşqin yetişər,Cahanda bir belə yadigar olmaz.

Bir mələk nəslidir əqlimi alan,Bildirib adını deyilməz filan,Bizi təən eyləməz əhli-dil olan,Divanə məşrəbik bizdə ar olmaz.

Gövhərinin yarı bir sim bədəndir,Bulunmaz aləmdə bir nazik təndir,Talem heç yoxdur, bilmən nədəndir,Kimə dost oldumsa qaçar, yar olmaz.

Случайное стихотворение

Стихи других поэтов · О любви