Arizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.

Tərk-i can eyləyibən hüsnünə mayil oldum,Oəmü dərdini könül şəhrinə mehman etdim.

Küfr-i zülfün buraxıb dil, yüzünə mayil olub,Şükrlillah kim, onu tazə müsəlman etdim.

Vəsl-i rüxsarını bu xəstə könül istər ikən,Zövq-i müjkanını dil dərdinə dərman etdim.

Yetməyə ol xət-i rüxsarın üçün qərd-i rəhin,Didədən əşq sər-i kuyinə əfşan etdim.

Müxtəsər olmadı, unvanı mütəvvəl yazdım,Zülfünün şərhini sərdəftər-i divan etdim.

Küfr-i zülfünlə tutub üns könül müddətdir,Ol səbəb tərk-i rəh-i din ilə iman etdim.

Görəli gün kimi rüxsarını min izzət ilə,Gətirib mehrini dil mülkünə sultan etdim.

Макта — последний бейт с тахаллусом поэта. Agahı tərk eləyib qeyri ilə tutdun ülfət,Bivəfa yar, səninlə belə peyman etdim?

Случайное стихотворение

Стихи других поэтов · О любви