4 PƏRDƏLİ 6 ŞƏKİLLİ OPERA

İŞTİRAK EDİRLƏR

İ s f a h a n p a d ş a h ı--50 yaşında.
K ə r ə m (Əhməd Mirzə)--onun oğlu, 25 yaşında.
K e ş i ş, p a d ş a h ı n x ə z i n ə d a r ı--50 yaşında.
Ə s l i (Tara Sultan)--onun qızı, 15 yaşında
S o f i, K ə r ə m i n y o l d a ş ı--30 yaşında.
5 n ə f ə r ə y a n.
H ə l ə b p a ş a s ı--45 yaşında.
2 n ə f ə r z ə b t i y y ə.
Ş e y x N u r a n i--ağsaqqal və ağ geyimli bir şeyx.
S ə f i--bir qoca kişi.
B ə y l ə r, k ü ç ə a d a m l a r ı, y o l ö t ə n.
B i r d ə s t ə q ı z v ə s a i r ə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Muğamat və xalq mahnılarının ifası haqqında

Yoldaşlar, mənim bu məruzəm bir qədər tənqidi ruhda olacaq. Bu gün cəbhə üçün, vətənimizi müdafiə üçün görülən işlərə tənqidi bir nəzərlə baxmaq lazımdır; bu bizim borcumuzdur. Bu gün hər işimiz vətənimizin müdafiəsi, cəbhəyə qüvvət vermək və düşməni məhv etmək niyyətindədir. Bəziləri elə güman edirlər ki, müharibə zamanı musiqi yersiz bir şeydir; deyirlər ki, müharibə vaxtı ancaq top, tüfəng səsi eşidilməlidir. Bu, tamamilə yanlış fikirdir. Keçmişlərdə də müharibə zamanı musiqi xalqa kömək edibdir. Özünüz bilirsiniz ki, nəfəsli orkestr qoşun üçün nə qədər lazım olan vasitədir. Musiqi çalınan zaman əsgərlər nə qədər həvəslə, nizam-intizama tabe olaraq irəliləyirlər. Hərgah Azərbaycan tarixini nəzərdən keçirsəniz görərsiniz ki, vaxtilə qara zurna müharibə musiqi alətlərindən biri olmuşdur.Musiqinin müharibə edən əsgərlərə olduqca böyük təsiri vardır. İstər onun iradəsini qaldırmaqda, istərsə ona ürək verməkdə musiqinin təsiri çoxdur. Odur ki, hazırda da bizim musiqimiz cəbhəyə və müharibədən qalib çıxmağa kömək etməlidir və edir.

12 мин
Səhnənin tərbiyəvi əhəmiyyəti haqqında

Publisistlərimizin bir çoxu teatr tamaşalarının tərbiyəvi əhəmiyyətindən danışarkən ancaq dramları, yəni mahnısız və musiqisiz səhnə əsərlərini nəzərdə tuturlar; gənc publisist Əsəd Məmmədov-Əhliyev Müsəlman Artistləri Peşəkar İttifaqının yaradılmasını (“Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinin Xəbərləri”nin 241-ci nömrəsinin səhifələrində) alqışlayaraq, ittifaqa “ancaq Melpomena məbədini ucaltmağı”, yəni ancaq dram əsərlərini tamaşaya qoymağı məsləhət görür, çünki musiqi əsərləri, vətəndaş Əhliyevin dediyinə görə, “səhnə sənətinin tərbiyəvi əhəmiyyəti ola biləcək ikinci, hətta üçüncü dərəcəli məhsuludur”.Opera, operetta, musiqili dram kimi əsərlərin tərbiyəvi əhəmiyyətinin sübutsuz-dəlilsiz qətiyyətlə inkar edilməsi bir tərəfdən teatr və ümumiyyətlə, teatr sənəti haqqında ictimaiyyətin şüurunda məhdud təsəvvür, habelə sənətin musiqi sahəsinə mənfi münasibət yaradır, digər tərəfdən, özlərini musiqi sənətinə həsr etmək qərarına gəlmiş gənc müsəlmanları həvəsdən salır; beləliklə, milli musiqinin inkişafı ləngidilir, biz müsəlmanların musiqi təhsili almaq arzusunun, milad tarixindən bəri ancaq XX əsrdə oyanan bu təbii arzunun qarşısına sədd çəkilir.

2 мин
Vəzifəyi-musiqiyyəmizə aid məsələlər

Azərbaycanda vəzifəyi-musiqi icrasını boyunlarına almış olan adamlar və idarələr qarşısında bir neçə məsələlər vardır ki, onun həlli üçün ən müsaid bir zaman varsa, o da yaşadığımız bu zamandır.O müsaidət nədən ibarətdir?

7 мин
Azərbaycanda musiqi təhsili

Azərbaycan türkləri istedadi-musiqicə nə osmanlı türklərindən, nə də qonşuları iranilərdən heç də geri qalan deyildirlər. Qafqaz millətləri içində isə musiqiyə ən müstəid olanları Azərbaycan türkləridir desək, zərrəcə mübaliğə olmaz. Bunların bir çoxu məşhur xanəndə və sazəndələri deyil, yalnız özləri içində, bəlkə ümum Qafqaz millətləri arasında tanınmış və şöhrət qazanmış musiqarlardır. Tarzən sadıqların, xanəndə əbdülbağıların, aşıq nəcəfquluların adları və sədaları Qafqazın hər bir yerində məşhur olub beynəlmiləl bir mahiyyətdə ad qazanmışlardır. Əgər əvvəldən bir taqım dini, ürfi və siyasi məmaniyətlər mövcud olmasaydı, Azərbaycan türkləri deyil, yalnız Şərqin, bəlkə Qərbin dəxi meydani-sənətinə də məharət göstərib rəqabət edə biləcək sənətkarlar yetişdirə bilərlərdi.Azərbaycan türklərinin musiqisi və bu musiqinin əsasları haqqında “Maarif və mədəniyyət” məcmuəsinin irəlidəki nömrələrində müfəssəl məlumat verəcəyimizi vəd edib əsil mövzumuz olan məsələyə keçirik. Bu məsələ Azərbaycanda musiqi təhsili haqqında olub, məqsəd maarif komissarlığının bu yolda nə kimi fəaliyyətdə bulunduğundan və musiqi təhsili işinin nə halda olduğundan lazımınca xəbərdar olmaq istəyənlərə məlumat verməkdir.

5 мин

Стихи других поэтов