Ordan-burdan 37
Konkaya minib gəzənlərin hamısına məlumdur ki, konkanın içində yuxarı tərəfdə rusca belə bir xəbərdarlıq yazılıbdır: “Ostereqaytesğ karmannikov”, yəni cibgirlərdən özünüzü gözləyin!
Konkalarda və sair yerlərdə yazılan belə xəbərdarlıqlar, hərçənd bir qədər Rusiya ölkəmiz üçün kəsri-şən olub, cibgirlər yığıncağı olduğunu bildirir, amma hər halda o cürə xəbərdarlıqlar, adamları ehtiyatla dolanmağa məcbur edib, cibinin sağ və səlim qalmasına səbəb olur.
Ona binaən çox yaxşı olardı ki, müsəlmanlar olan yerlərdə də ya konkalarda, ya küçələrdə, ya evlər qapısında beləcə bir xəbərdarlıq yazıla idi: “Fitnəçilərdən özünüzü gözləyin!”.
Çünki hər yerdə ki, bir neçə dənə də olsun müsəlman oldu, orada bir fitnəçi olacaqdır.
Fitnəçilik bir azardır ki, bəzi tərbiyəsiz tərs düşmüş adamlara mübtəla olub onları dinc qoymaz. Necə ki, yaz istisində milçəklər, gənələr atın üstünə daraşıb, şıllaqlamağa və oynaqlamağa məcbur edir, həmçinin fitnə naxoşluğu da haman fövqülzikr adamlara giriftar olub, həmişə qıdıqladar, dinc qoymaz.
Amma heç bir yerdə fitnə özünə bir o qədər yaxşıca məkan tapmaz. Məgərin ki, müsəlmanlar arasında. Bunun da səbəbi aşikardır.
Bir çox müsəlmanların, yəni haman fitnəyə uyanların əqilləri başlarında olmayıb, bəlkə gözlərində və daha çox qulaqlarındadır. Çünki haman başın bir o qədər də bacarığı yoxdur ki, deyilən sözün fitnə olub-olmadığını anlaya bilsin. Onun üçün eşitdiyini məcburən qəbul eləyir.
Əcnəbi məmləkətlərində fitnəçilərin sözlərinə qulaq asıb, sonra qaradavoy, filan çağırıb, düz “sarı evlərə”, yəni dəlixanalara göndərirlər ki, orada müalicə olunsun.
Bugünkü Osmanlıda fitnəçiləri pruşkeviçlərin yanına qulluqçu tutub, “şəriət istəyənlər” cərgəsində boğazından asarlar. Rusiyada o cürə fitnəçiləri qoyarlar.
İranda haman fitnəçilərə “şiri-xurşud” əta edərlər. Bizim yerlərdə isə o cürə fitnəçiləri həmişə baş yerdə oturdub, ikiqat baş əyərlər və əldən gələn hörməti elərlər; onun sözlərinə qulaq asarlar. Camaat arasına fitnə dağılar. Xalq bir-birindən üz-göz olar. Amma fitnəçi özü hörmətdə qalar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hacibeyov-ordan-burdan-37
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Təəssüflər olsunHərgah millətlərin tərəqqisini, yəni qabağa getməsini əvvəlcə bilən bir ölçü olsa idi və o ölçü ilə biz müsəlman millətinin qabağa getməsi ölçülsə idi, onda məlum olardı ki, biz bir addım qabağa, iki addım dala, dörd addım qabağa, üç addım dala, iki addım dala, beş addım qabağa eyləyə-eyləyə qabağa gedirik. Bir kəlmə, bir tazə yerimək öyrənən uşağa oxşayırıq ki, bir addım atıb sonra yıxılır, durub bir addım daha atır, amma ayaqları bir-birinə dolaşıb yenə yıxılır, yenə durur, addım atır, bədəni ağırlıq edib yıxılır, durur və i.a.
Ordan-burdan 36Müxtəlif qəzetələrimizƏgər əhalimizdən hər sinfin özünəməxsus bir qəzetəsi olsa idi, onda onların hərəsinin məzmunu bu yolda olardı ki, ərz olunur:
İranda-inqilab1Həmin bu inqilab sözünün İran işlərinə dair istemal olunacaq məqamı əsil bugünkü gündür ki, bütün Tehran millət mücahidləri əlinə keçib istibdad, İranın o qoca istibdadı gurultu ilə kökündən qoparılır. İran hətta Osmanlı kimi məmləkətlərdə millətin birdən-birə təcdidi-həyat etməsi inqilabsız, yəni qanlı inqilabsız baş tutmazdı və tutmadı da. Buna şahid həmən qansız inqilablardır ki, əvvəlcə İranda, sonra Osmanlıda baş verib də nikbinləri sevindirdi; lakin inqilabı anlamayan və qansız inqilablara inanmayan şəxsləri daim düşündürməkdə və şübhələr içində buraxmaqda idi ki, İranda iyun və İstambulda 31 mart faciələri vüqu olub nikbinləri məyus etməklə bərabər bədbinləri də şübhədən çıxartdı.
İran və “Novoye vremya”Rus malının İranda baykot olunması təəssüf ediləcək hadisələrdən biridir. Hər halda bu işdə müqəssir iranlılar deyildirlər... Biz burada hökumətimizin politikasını təftiş və tənqid etmək niyyətində deyilik, çünki bu politikanın bugünkü nəticəsi haman politikanın yaxşı-yamanını gözəlcə bildirməkdədir.Ancaq nə üçün İranda rus malı baykot olunur da, ingilis malı olmayır. Halbuki İngilis hökuməti dəxi rus hökuməti ilə müvafiq bir surətdə iş görməkdədirlər.
Стихи других поэтов · Сатира
İnteligent ağalar, biz1 sizi çoxdan tanırıq…Bilirik sizdə bu gün qeyrəti-millət yoxdur!
Orucluğun proqrammasıGəldi yenə orucluqMeydanə, ay can, ay can!
Ay tutulandaYerdə əyyami-məhərrəm, şiələr qan ağladı,Ay tutuldu nalədən, göydə qəmər qan ağladı.
MürəbbeAnın üçün uymaz qeyriyə könlüm,Bir əcəb molladır mənim sevdiyim,