Dördüncü məclis
(Vaqe olur dava meydanında. Söhrab Hüceyri çəkib gətirir.)
Söhrab
O kimdir ki, gəl mənə söylə
Cəlal cahı var boylə
Di gəl adın bəyan eylə
Mənə olsun əyan kimdir.
Hüceyr
Onun adı Keykavus
O taxtı zərnigar üstə
Kim ətrafı qoşun dəstə
O şah-gül İrandır.
Söhrab
Bəs ol kimdir elə izhar
Yanında pəhləvanlar var
Başı üstündə bir bayraq
Ucaldıblar uca kimdir.
Hüceyr
Odur məhbub Keykavus
Adıdır pəhlivani-Tus
Özü də norəz evladı
Şücai ruzi meydandır.
Söhrab
Bəs ol al rəngli bir xeymə
Kimindir qübbəsi almas
Müsəlləh pəhləvan bir çox
Varıdır pasiban kimdir.
Hüceyr (kənara)
Əgər mən Rüstəmi versəm
Nişan öz oğlu Söhraba
Ata ilə oğlu birləşsə
Edər dünyanı viranə.
Hüceyr (Söhraba)
Onun heç bilmirəm adın
Gəlib bu ən qərib vəxtə
Özü biganədir bizdən
Bizə amma ki mehmandır.
Söhrab
Nədir adın kəşf eylə
Nişanı namını söylə.
Hüceyr
Adın mən bilmirəm hərgiz
Gəlibdir özgə yerlərdən
Budur axır sözüm istər
Birgə bəndi zindandır.
(Gedirlər.)
Rüstəm
Nədəndir kim bu davaya könül zinhar meyl etməz
Nə qədri kim qədəm qoysam, qədəm şovq ilə getməz
Əcəb bir möhnəti üzmə könül gözlər bu davadan
Gərək mən qan tökəm ya kim tökülsün öz qanım axsın
Həmi dosti, həmi düşməni ona bu növ ilə baxsın
Desinlər kimdir Rüstəm düşübdür ruhun cismi
Budur kani şücaətdən qalıbdır təkcə bir ismi.
(Söhrab gəlir.)
Söhrab
Mənə doğru söylə gəl mərdanə
Rüstəm-Zalsan aya ya nə
Sənə miyali könlüm çox-çox
Söylə zənnim gecdir ya yox.
Rüstəm
Gec gedib zənnin sənin etmə əcəb boylə xəyal
Rüstəm-Zal sənə görmək olur xeyli mahal
Zərbidəstim bildirir kim mən kiməm ey nocavan
Et süpər qalxanını yoxsa ki qalmaz heç macal.
(Dava edirlər, Söhrab Rüstəmi yıxır yerə)
Rüstəm
Ey cavan, gəl mənə rəhm et başımı kəsmə mənim
Məni rüsvay eləmə mərd ilə namərd baxar
Heyfdir bu qoca vaxtımda yerə qanım axar.
Söhrab
Dur ayağa, ey pəhləvan, öz qəlbini şad etginən
Get yaşa dünya üzündə bir cavanı yad etginən.
(Rüstəm durub məlul, mükəddər gedir.)
Hüceyr
Çox böyük səhv etdin, ey Söhrab, düşməni öldürmədin
Əldə fürsət var ikən öz özlüyün bildirmədin.
Söhrab
Kimdə var cürət qoysun bu meydana qədəm
Zərbi dəstindən bilər dünyada kim nə imiş ədəm.
Rüstəm (çıxır)
Ey cavan, məğrur olma bunca zərbi dəstəsinə
Söyləmə əfsanə sözlər qüvvətindən urma qəm.
Söhrab
Gəl gedək meydanə – gəl gedək meydanə
(İkisi də) Tiği-tiğə bağlayaq
Qəhri ilə keçti tutaq əflak qəlbini dağlayaq.
(Dava olur. Söhrab yıxılır. Rüstəm xəncərini onun ürəyinə sancır. Söhrab ölürkən oxuyur.)
Söhrab
Ey sitəmkar qanımı tökdün mənə rəhm etmədin
Mərdi namərd tək vurub əhvalıma rəhm etmədin
Mən sənə verdim aman ta tökmədim al qanını
Sən də ey zalım çəkərkən xəncəri rəhm etmədin.
Bil bunu, ey bivəfa, Söhrabıdır adım mənim
Rüstəm-Zal oğluyam zalım mənə rəhm etmədin.
(Rüstəm hövlnak Söhrabın qolunu açıb bazubəndi çıxardıb “Qatar” üstə oxuyur.)
Rüstəm
Bütün qəhri qeyzlə oğul vurdum sənə yarə
Mənəm Rüstəm oğul Söhrab ki etdim bəxtimi qarə.
Söhrab
Nə xoşbəxtəm, ata, canı-tənimdə var ikən canım
Səni gördüm məni əfv et sənə qurban bu al qanım.
Rüstəm
Yeritdin ey fələk əmrin saldın əcəb dərdə
Ki oldum qatili Söhrab atası olduğum yerdə
Əlimlə öz ciyərparəm olubdur qanınə qəltan
Eşit Təhminə, Söhrabın olubdur boylə gör qurban.
(Rüstəm Söhrabı qucaqlayıb ağlayır.)
Musiqi
Xor
Etdin min zülm ilə (2 dəfə)
Söhrabı qətl sən (2 dəfə)
Bunca cövrü cəfa
Eylədin bəzl sən (2 dəfə)
Sən də bu vətən yolunda (2 dəfə)
Etdin oğlunu qurban. (2 dəfə)
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/hacibeyov-rustem-ve-sohrab-dorduncu-meclis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yoldaşlar, mənim bu məruzəm bir qədər tənqidi ruhda olacaq. Bu gün cəbhə üçün, vətənimizi müdafiə üçün görülən işlərə tənqidi bir nəzərlə baxmaq lazımdır; bu bizim borcumuzdur. Bu gün hər işimiz vətənimizin müdafiəsi, cəbhəyə qüvvət vermək və düşməni məhv etmək niyyətindədir. Bəziləri elə güman edirlər ki, müharibə zamanı musiqi yersiz bir şeydir; deyirlər ki, müharibə vaxtı ancaq top, tüfəng səsi eşidilməlidir. Bu, tamamilə yanlış fikirdir. Keçmişlərdə də müharibə zamanı musiqi xalqa kömək edibdir. Özünüz bilirsiniz ki, nəfəsli orkestr qoşun üçün nə qədər lazım olan vasitədir. Musiqi çalınan zaman əsgərlər nə qədər həvəslə, nizam-intizama tabe olaraq irəliləyirlər. Hərgah Azərbaycan tarixini nəzərdən keçirsəniz görərsiniz ki, vaxtilə qara zurna müharibə musiqi alətlərindən biri olmuşdur.Musiqinin müharibə edən əsgərlərə olduqca böyük təsiri vardır. İstər onun iradəsini qaldırmaqda, istərsə ona ürək verməkdə musiqinin təsiri çoxdur. Odur ki, hazırda da bizim musiqimiz cəbhəyə və müharibədən qalib çıxmağa kömək etməlidir və edir.
Səhnənin tərbiyəvi əhəmiyyəti haqqındaPublisistlərimizin bir çoxu teatr tamaşalarının tərbiyəvi əhəmiyyətindən danışarkən ancaq dramları, yəni mahnısız və musiqisiz səhnə əsərlərini nəzərdə tuturlar; gənc publisist Əsəd Məmmədov-Əhliyev Müsəlman Artistləri Peşəkar İttifaqının yaradılmasını (“Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinin Xəbərləri”nin 241-ci nömrəsinin səhifələrində) alqışlayaraq, ittifaqa “ancaq Melpomena məbədini ucaltmağı”, yəni ancaq dram əsərlərini tamaşaya qoymağı məsləhət görür, çünki musiqi əsərləri, vətəndaş Əhliyevin dediyinə görə, “səhnə sənətinin tərbiyəvi əhəmiyyəti ola biləcək ikinci, hətta üçüncü dərəcəli məhsuludur”.Opera, operetta, musiqili dram kimi əsərlərin tərbiyəvi əhəmiyyətinin sübutsuz-dəlilsiz qətiyyətlə inkar edilməsi bir tərəfdən teatr və ümumiyyətlə, teatr sənəti haqqında ictimaiyyətin şüurunda məhdud təsəvvür, habelə sənətin musiqi sahəsinə mənfi münasibət yaradır, digər tərəfdən, özlərini musiqi sənətinə həsr etmək qərarına gəlmiş gənc müsəlmanları həvəsdən salır; beləliklə, milli musiqinin inkişafı ləngidilir, biz müsəlmanların musiqi təhsili almaq arzusunun, milad tarixindən bəri ancaq XX əsrdə oyanan bu təbii arzunun qarşısına sədd çəkilir.
Vəzifəyi-musiqiyyəmizə aid məsələlərAzərbaycanda vəzifəyi-musiqi icrasını boyunlarına almış olan adamlar və idarələr qarşısında bir neçə məsələlər vardır ki, onun həlli üçün ən müsaid bir zaman varsa, o da yaşadığımız bu zamandır.O müsaidət nədən ibarətdir?
Azərbaycanda musiqi təhsiliAzərbaycan türkləri istedadi-musiqicə nə osmanlı türklərindən, nə də qonşuları iranilərdən heç də geri qalan deyildirlər. Qafqaz millətləri içində isə musiqiyə ən müstəid olanları Azərbaycan türkləridir desək, zərrəcə mübaliğə olmaz. Bunların bir çoxu məşhur xanəndə və sazəndələri deyil, yalnız özləri içində, bəlkə ümum Qafqaz millətləri arasında tanınmış və şöhrət qazanmış musiqarlardır. Tarzən sadıqların, xanəndə əbdülbağıların, aşıq nəcəfquluların adları və sədaları Qafqazın hər bir yerində məşhur olub beynəlmiləl bir mahiyyətdə ad qazanmışlardır. Əgər əvvəldən bir taqım dini, ürfi və siyasi məmaniyətlər mövcud olmasaydı, Azərbaycan türkləri deyil, yalnız Şərqin, bəlkə Qərbin dəxi meydani-sənətinə də məharət göstərib rəqabət edə biləcək sənətkarlar yetişdirə bilərlərdi.Azərbaycan türklərinin musiqisi və bu musiqinin əsasları haqqında “Maarif və mədəniyyət” məcmuəsinin irəlidəki nömrələrində müfəssəl məlumat verəcəyimizi vəd edib əsil mövzumuz olan məsələyə keçirik. Bu məsələ Azərbaycanda musiqi təhsili haqqında olub, məqsəd maarif komissarlığının bu yolda nə kimi fəaliyyətdə bulunduğundan və musiqi təhsili işinin nə halda olduğundan lazımınca xəbərdar olmaq istəyənlərə məlumat verməkdir.
Стихи других поэтов
Eşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
GəlsinKim cənnətə örnək dilər, İstanbula gəlsin,Kim aləmi görmək dilər, İstanbula gəlsin!
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
YaxşıdırCan qurban eyləsən, layiqdir, yenəO gözəl qədrini bilsə, yaxşıdır.