Şeyxülislam həzrətləri və maarif
Dünənki nömrəmizdə Şeyxülislam həzrətlərinin Ümum qafqaz mədrəsəyi-ruhaniyyəsi inşası haqqında layihə yolunda yazılmış olan təklifini qarelərimiz oxudular, zənn edirəm.
İdareyi-ruhaniyyəmizin başçısı tərəfindən sadir olan bu təklif şeyxülislamlığımız tarixində ən mühüm və mənidar bir vəqədir. Xoşa ki, bu vəqə bizim əsrimizə təsadüf etdi! İştə, idareyi-ruhaniyyəmiz başında nəhayət, bir zat oturdu ki, dərdlərimizi görür, ah və naləmizi eşidir və çarəsinə də yol arayır. O yolun da nədən ibarət olduğunu düşünə də bilir.
Məşhur misyoner İlminski deyirdi ki, aləmi-islamın və əzcümlə Rusiya müsəlmanlarının xabi-qəflətdən bidar ola bilməmələrinə səbəb əvam və cahil mollalardır. Onların vəz və nəsihəti müsəlmanlar üçün ən təsirli bir xabigərdir. Ona görə bu cürə cahil mollalar nə qədər çox olsa bir o qədər yaxşıdır. Çünki bunların vücudu ilə müsəlmanlar heç vaxt ayılmazlar.
İslamın düşməni olan bu misyonerin sözü doğru idi. Camaat avam, mollaların da əksəri cahil və ondan başqa qarın dərdi çəkənlər, bunlardan camaata, dinə, millətə zərərdən başqa nə mənfəət ola bilərdi? O idi ki, hər yerdə olan kimi bizim Qafqazda da islam camaatı getdikcə xar və zəlil olub əcnəbilərin aləti-məsxərəsi olmuşdu. Xalq bizi gördükdə həm zəhləsi gedərdi, həm acığı tutardı, həm də rəhmi və yazığı gələrdi. Bir zaman yalnız bir adı əcnəbilərdə xövf və hissi-ehtiram oyadan müsəlmanlar bu günlərədək başı qapazlı müsəlman olmuşdu. Hər yer üzünə bağlı, heç bir yerdə istirahəti yox, mal və mülk cəhətincə yoxsul, məişət və güzəranları müşkül, dünyadan bixəbər...
Yenə şükürlər olsun ki, Rusiyada vaqe olan təbəddülat bir paramıza təsir etdi. Bəzilərimizin gözünü açdı. Bir çoxumuz oyandıq və oyanıb da məclislər və qəzetələr vasitəsilə yatmış həmcinslərimizi oyatmağa başladıq. Hərçəndi qəzetələrin bu xidməti Vladiqafqaz “dinpərəst”lərinə xoş gəlmir. Çünki qəzetə vasitəsilə bir çox millət xainlərinin işi aşikara çıxdı. Məziyyətləri əyan oldu. Lakin ağlı-səlim sahibləri “ləbbeyk” dedilər və bir takım hümmətlərə təşəbbüs etdilər ki, milləti oyatsınlar. Məktəblər açıldı. Məclislər təşkil edildi. Hər yerdə millət dərdindən danışıldı. Qərəz yatmışlar tərpəşdi. Gözünü açanlar bir də baxıb gördülər ki, izmehlal və inqraz quyusunun lap qırağındadırlar. Əgər bir qədər səy edib özlərini o təhlükəli yerdən kənar etməsələr – quyunun dibi olmayan yerinə düşüb məhv olacaqlar. O idi ki, sahili-səlamətə sürünməyə meyl etdilər. Lakin binəva millətin belə bir meylinə qarşı mümaniətlər yuvarlanmağa başladı. Bu mümaniətlər isə cahil və avam mollaların əhali üzərində olan nüfuz və təsiri idi. Zatən bu cünbüş əsasında ümum mollalarımız üç qismə ayrıldılar. Bir qismi əhalinin belə rəzalətini görüb də bu halı öz namus və qeyrəti-milliyələrinə sığdıra bilmədilər. Onlar dəxi sair tərəqqipərvərlərimiz ilə bir yerdə işləməyə başlayıb, əhalini elm və ürfanə təşviq etməyə başladılar və bu yolda əldən gələni müzaiqə etmədilər. Digər qismi isə əhalinin belə oyanmasından özlərinin əvvəllərdən ruhaniliyə yaraşmayan bir çox fəna rəftarlarının üstü açılacaq qorxusundan əhalinin tərəqqi və təməddündən hürkütməyə əl atdılar. Əvvəllərdən də əhalinin qəflətinə və misyonerlərin arzusuna xidmət edən bu həriflər üsuli-cədid məktəblərini təqbih və tərəqqipərəstləri təkfir və hər bir asari-mədəniyyəti təlin etməyə qədəm qoydular. Lakin bunların bu gunə hərəkatı artıq özlərindən başqa heç bir kəsə zərər vermir. Çünki sözləri təsirdən düşübdür.
Fəqət bizim bir də şeyx həzrətlərinin təbirilə əməleyi-mota mollalarımız dəxi varır ki, nə elmdən elmləri var, nə şəriətdən şəriət bilirlər. Halbuki “bu kəsalətü-bədən”ilə də camaata vəz və nəsihət (?) söyləyib, emali-dinilərinə mübaşir olurlar.
“Xoftəra xoftə key konəd bidar” – belə molla təqlidlərindən camaata nə bir xeyir ola bilər. İndi odur ki, şeyx həzrətlərinin böyük bir ruhani mədrəsə təsisiniyyətindən məqsud camaat üçün, prixod üçün ümumi diniyə, ülumi dünyəviyyəyə dara mollalar yetişdirməkdir ki, onlardan camaat bir xeyir və mənfəət gözləyə bilsin.
Şeyx həzrətləri tərəfindən layihəsi tərtib edibmiş mədrəsənin proqramı xüsusunda hələlik bir söz demək çox tezdir. Əvvəlcə məqsud bir layihənin felə və hüsulə gəlməsidir, yəni mədrəsə təsisidir. İştə belə bir mədrəsənin təsisi lüzumu və təsisi yolu xüsusunda fikir edib danışmalıdır. Lakin biz bu yolda əvvəl dəfə danışmağı şeyx həzrətlərinin bilavasitə müraciət etdiyi adamlara tərk edirik. Bu yolda qəzetəmizin sütunları onlara açıqdır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hacibeyov-seyxulislam-hezretleri-ve-maarif
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Çox vaxt bizim cəmiyyətlərimizin, ittifaqlarımızın camaatımıza heç bir mənfəət verməməsinə və bir tez zamanda pozulub dağılmasına səbəb odur ki, o cəmiyyətin başında duran və işlərinə məşğul olan adamlarımız əhl adamlar olmayıblar. Həmin üzərlərinə götürdükləri məsuliyyəti və vəzifəni layiqincə ifa edə bilmirlər. Elə bilmədiklərinə səbəb müsamihə, səhlənkarlıq və etinasızlıq deyil, bəlkə öz vəzifələrində əhl olmadıqlarıdır. Çox vaxt görürsən ki, bir iş başına qoyulmuş və ya öhdəsinə müəyyən bir vəzifə verilmiş adam haman işin üstündə o qədər çalışır ki, lap “qabıq qoyur”. Amma yenə də bir nəticə hasil olmur. Axırda o qədər özünü əziyyət və zəhmətə salır ki, həm cismən, həm də ruhən yorulur, xəstələnir və axırda işə yaramaz olur. Deməli, binəva həm özünü əldən salır, bütün gücünü itirir, həm də işin irəli getməsinə mane olur.Bu nədəndir?
Ticarətİnsanların həyat və məişətində ən böyük rol oynayan xüsusi ticarətdir.Ticarət insanların kəsbi-ruzusi üçün bir vasitə olmaqdan başqa, din, milliyyət, sinif, firqə və sairə bu kimi ayrılıqlarla bir-birindən ayrılmış olan insanlar arasında bir münasibət və bir rabitə təşkil edir və bununla insanları bir-birinə yaxınlaşdırır. Bundan əlavə ticarət özözlüyündə hər bir insanı tərəqqiyə sövq edən, ağlını artıran, gözlərini açıq edən və huşyar qılan bir vasitədir.
RəhbərlərimizHər bir millətin təkamül və yaxud inqilab təriqilə tərəqqi və təməddününə səbəb, o millətin başında duran, rəhbəri olan bir və ya bir neçə tərəqqipərvər və təcəddüdxah firqələrinin olması tarixi bir həqiqətdir.Haman firqələrdir ki, öz millətini müxtəlif yollar ilə irəli aparmaq yolunda ciddi-cəhd edib və böyük mərdanəlik və fəaliyyət göstərib, qabaqlarına çıxmaq və hər bir cürə mümaniətlər ilə mübarizə və mücahidə etməklə biləxərə öz məqsudlarına nail olublar.
Oyan-buyan 4Maarif işləri, yaxud şurayi-valideynB i r a t a – Cənabi müdiri-məktəb, sən mənim oğluma farsı, ərəbi, türki, nə bilim nə – nə deyirsən! Baba, oğul mənim dəyilmi? Mənim oğluma onlar lazım dəyil. Mənim oğluma lazım olan odur ki, bu gün bir urusu görəndə onunla “işto-mişto” eliyə bilsin. Allah atana rəhmət eləsin. Mənim oğlumu urusca öyrət.
Стихи других поэтов · Сатира
Tazə şəhərdən Qəyyur əyyar əfəndiyə oxşatma*Arifin hər işi dünyada fənadır, görürəm,
Mirzə MehdiyəEy Mehdiyi-zaman, şairi-dövran,Adam olan gərək danışa məqul;
Qafqaz xəbərləriNəzm ilə*Şairlərimiz şəhərlərdən belə xəbər verirlər:
Özün bilBu dövr, əmi can, tərsinə dövrandır, özün bil;Təqdiri-qəza sanma ki, asandır, özün bil.