Dünya saheyi-qəmdir
Gülşəni-aləmdə bir gül varmı bixar olmasın?Hansı bülbüldür cəfayi-xardən zar olmasın?
Gördünüzmü bir çiçək bağı-fənadə solmasın?Hansı bir nəxli-əməl vardır ki, bibar olmasın?
Göstərin bir Yusifi məhsudi-ixvan olmadı,Hansı bir Yə'qubdur məhcuri-didar olmasın?
Atdılar nari-bəlayə həzrəti-İbrahimi,Varmı bir Yəhya şəhidi-tiği-qəddar olmasın?
Hansı Musa görmədi zülmü sitəm fir'ondan,Varmı bir İsayi-canbəxşa ki, bərdar olmasın?
Hansı peyğəmbər olubdur çəkməsin yüz min əza,Varmı bir Əhməd düçari-tə'ni-əşrar olmasın?
Ey bəsa Sokrat kim, nuş etdi zəhrabi-məmat,Hansı hikmətpərvərandır dəhrdə xar olmasın?
Hansı Bəstamidir ol kim, xəlq təkfir etmədi,Varmı bir Mənsur kim, zibi-səri-dar olmasın?
Hansı aşiqdir cahanda naili-didari-yar,Varmı bir pərvanə məhvi-şö'leyi-nar olmasın?
Vermədi Fərhadə çərxi-bivəfa Şirinini,Hadiya, kimdir fəna mülkündə xunbar olmasın?
Kitabxana.az · https://kitabxana.az/ru/works/hadi-dunya-saheyi-qemdir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dəryada hərb, yerdə də hərb, asimanda hərb,Ey aləmin ilahi, nədir bunca hərbü zərb?
Fəzilət sahibləriMustafa Sübhi bərədərimə*1
Şərareyi-əfkarHəqiqət təlxdir, amma müşabehdir o dərmanə,İçəndə yandırır, sonra həyatə bəxş edir səhhət.
Xabgahi-mövta, ilhamati-əmvat...S.İbrahimov qardaşıma*Yol yapılmaq məqsədilə böyük kəlisanın ətrafı qazılır. Qazılan və təsviyeyi-türabiyəsi icra olunan yerlərdən isə, əbədiyyətə qarışmış olan fani insanların gəmikləri və yazılı daşları çıxır. Dünkü gün bu məzaristani-pərişandan keçdiyim zaman ənqazi-əmvat olan “ə’zayi-rəmimə” (çürük gəmiklər), bilxassə açıq qalan dişlər mənə sanki əzəməti-əbədiyyəni, ehtişami-fənanı oxuyub dururlardı. Bu əsnada bu həqiqəti-zəhrin müxəyyələmdə aşağıdakı şe’rləri yaratmışdı.
Стихи других поэтов · О любви
Heyf, məndən ol mələksima pəri can istəməz,Cismi-bimiqdarımı rahində qurban istəməz.
Rəhm edib atmaz oxun yar ürəgim yarəsinəRəhm edib atmaz oxun yar ürəgim yarəsinə,Bumudur xubların çarəsi biçarəsinə.
Sufiyə səf ol bu gün çün rəh-i ərkan səndədirSufiyə səf ol bu gün çün rəh-i ərkan səndədir,Çünki tövhid əhlisən, din ilə iman səndədir.
Viranə Şəmaxidə mənə gənc tapılmazViranə Şəmaxidə mənə gənc tapılmaz,Bir gənc bu viranədə birənc tapılmaz.