Əqlimi başımdan etdi təğyirDilbər, sənin bu məstanə gözlərinHər baxanda alır şirin canımıBilmənəm nə susuyub qanə gözlərin

Qaşın eşq əhlinin qibləgahıdırYüzün günəş, ruxun bədr mahıdırXalın Hind əhlinin padşahıdırBənzər bir adlı sultanə gözlərin

Səhər-səhər xumarlanıb süzülürMüjgan oxu şan bağrıma düzülürHər qıya baxanda canım üzülürKəndi bizi əl-amanə gözlərin

Könlüm quşu uçub qalxar havayəRəhmin gəlsin sənin mən binəvayəÇıxubdur yüzün ay tək səmayəTəən eylər asimanə gözlərin

Sevməzəm dünyada səndən masivaİnibdir başıma sevdayi-həvaHalikı eylədi Məcnun rüsvaSaldı düşt-ü biyabanə gözlərin

Случайное стихотворение

Стихи других поэтов