Könlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,Arzularam vəfadarı,Üç gündə bir, beş gündə bir

Olmuşam aşiqi-didar,Başıma dünya oldu dar,Görməsəm qılam ah-zar,Üç gündə bir, beş gündə bir

Qurbanam yarın adına,Haqq yetişsin fəryadına,Məni salırmı yadına,Üç gündə bir, beş gündə bir

Yola tikmişəm gözümü,Unutmuşam öz özümü,Payinə sürtdüm yüzümü,Üç gündə bir, beş gündə bir

Şikəstə Hamidəm, canan,Dərdindən oldum əl aman,Səg rəqibim tutsun yaman,Üç gündə bir, beş gündə bir

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви