Yetişib müjdeyi-canbəxş ki, canan gəliriCanibi-gülşənə ol sərvi-xuraman gəliri.

Ayrılıq dərdi məni saldı ayaqdan, yarım-Etməyə bu dili-pürdərdimə dərman, gəliri.

Əsibən badi-səba zülfi-siyahin dağıdıb,Mehr tek mah üzü oldu dirəxşan, gəliri.

Qaməti sərvi-səhi, zülfı kəməndi-dilü can!Üzü gül, qaşı kaman, kirpiyi peykan gəliri.

Çün təbəssümlə olub ləl-ləbi dürrəfşan,Səhni-gülzar olub gülləri xəndan gəliri.

Görsədib arizini, aləmi pürnur qılıb,Gün tülu etdi, üfüqdən məhi-taban, gəliri.

Xəncəri-naz ilə qəmzə oxun almış əlinəAşiqin qəsdinə bir afəti-dövran gəliri.

O nə vəqtdir deyərlər, yar ötər şövkətilən,O nə gündür deyərlər: ol şəhi-xuban gəliri.

Макта — последний бейт с тахаллусом поэта. Gər yetişsən o şəhin xidmətinə, dön başına,Elə, Heyran, canuvi sən ona qurban, gəliri.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви