Bahar mövsümündə çeşmə başındanLilpar oynamasın, yarpız köçməsin.Durnalar köçəndə öz qatarındanBir durna üzülüb, yalqız köçməsin.

Qonan bir zanbaq da cana od salıb,Sönən bir ocaqda neçə göz qalıb.Bir qönçə budaq da vaxtsız saralıb,Bir insan həyatdan vaxtsız köçməsin.

Hüseyn Arifəm, nə çəkmədim mənBirdimi, beşdimi saçlarımda dən?Bir ata çiynində Yer kürəsindənBir oğul ayrılıb, bir qız köçməsin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе