Nə qədər bulanıq sular görmüşəm,Nə qədər dumanlı xilqət var imiş.Qarlı zirvələrdə quzğun tamahı,Çənli dərələrdə zülmət var imiş.

Dünənki canavar, bugünkü tülkü,Sabah şirə dönsə, gəl çək bu yükü.İpək əvəzinə murdar it tükü,Bazarda qəribə qiymət var imiş.

Toz qondu solumda, sağımda mənim,Tufanlar oynadı dağımda mənim,Hüseynəm, yaxşı ki, xalqımda mənim,Dəyanət, sədaqət, hörmət var imiş.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов