Lermontovdan iqtibas

Ey lacivərd göylərin əbədi yolçuları,Mirvarid zəncir kimi üfüqlər aşarsınız.Sizdəmi mənim kimi doğma, əziz vətəndənQovuldunuz, onunçun cənuba qoşarsınız?

Kimdir qovan sizləri, talemi, ya qərarmı?Və ya gizli bir həsrət, açıq bir qərəzmi var?Yoxsa bu geniş göylər gəzməyə sizə darmı?Genəmi axşamlarda şeytanların bəzmi var?

Yox, yox… Siz bu bəhrəsiz tarlalardan bıqdınız,Onun üçün uzun bir yolçuluğa çıxdınız…Yabançıdır sizlərə iztirab və ehtiras,Siz o boşluq içində azad doğulursunuz.Sizlər ki, mənim kimi duyamazsız kədər, yasNə bir vətəniniz var, nə də qovulursunuz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине