Gənclərə ümidim var
Sən istərsən qəlbimi parçala, qır, çeynə, əz,Mənim yenə bu yolda tükənməz bir canım var!Sən ölüm ol, başımda hər an dolaş, hər an gəz,Mənim yenə də bir gün sana bir üsyanım var.
Xoşmu gəldi sana bu, bir an üçün susduğum?Məni bu yoldan etməz hökmünlə qan qusduğum.Ey qoynunda dünyaya gəlib ayaq basdığım,Damarlarımda sana vəqf edilmiş qanım var.
Mənim eşqim, a dostlar, əzəlidir, əzəli,Kim salacaq könüldən o sevdalı gözəli?Yox bir qüvvət ki, yaxsın qəlbimdəki əməli,Mənim ki, o qurtuluş gününə imanım var.
Sən aldırma, içimdən yaralıyam, yaralı,Burax, keçsin gənc ömrüm fırtınalı, boralı,Mən bilirəm, sonunda çıxmam üzü qaralı,Yurdumun gənclərinə ümidim, inamım var!
Kitabxana.az · https://kitabxana.az/ru/works/ildirim-genclere-umidim-var
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Uçursunuz alnı açıq, üzü ağ,Bağrım çatlar sizdən almasam soraq.
Dönük qardaş1944-cü ildə Ana yurda sığınıb, sonradüşmənlərə təslim edilən və ruslar tərəfindən
Əlvida, Bakı(Türküstana gedərkən)Əlvida, ey müşfiq ana, əlvida…
Əsir AzərbaycanımNerdə məni gül qoynunda doğuran,Xəmirimi göz yaşıyla yoğuran,
Стихи других поэтов
Bizim kənd yerinə gələndə baharqırmızı geyinib qızlar dayanar
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
Əlifba(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır
Лейли и Меджнун, глава 41Где ты? Где я? О том не знаю,Чья ты? Ничья? О том не знаю.