Sərçələr
Allahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,Dünya yıxılmadı, ölkə batmadı,Bundan qeyri yoxmu darı, sərçələr
Gəlməyib elimiz, deyildir bolluq,Taxılımız olmasa acından ölük,Yeməyin axırda üç yana bolluq,Sizdə ölün bizinən yarı, sərçələr
Kərim yüzbaşı toxumun səpibdir,Fağır Rüstəm çox zəhmətlə əkibdir,Alağına hədsiz əziyyət çəkibdir,Ayaq yalın Reyhan qarı sərçələr
Siz demirik darı əkən naşıdır,Vıyıldayan qolların daşıdır,Qədir dayı ağır nəfəs kəşidir,Sizə edər ah-zarı sərçələr
Tüfəngimə döküyü doldurram,Dənin başında sizi görcək qıraram,
Qamış damdan yuvanızı yıxaram,Kəsmişik sizin etibarı, sərçələr
Molla Cümə gərək özün qovruya,Nə düşübsiz azğın azğın yorğuya,Ərzə verərəm çalağana qırğıya,Baxsanız gör darı, sarı sərçələr
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilisulu-molla-cume-serceler
Стихи других поэтов
قم فاسقنی ثم اسقنی یا بدر ماء کاللهب
Ey bala, ey quzu, ey şux məmə, qurban gözünəEy bala, ey quzu, ey şux məmə, qurban gözünə,Olürəm, bir belə qoyma nəmə, qurban gözünə.
DərdimiQadir Allah birliyini sevirsən,Yetər gələn bir dəvayə dərdimi,
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları