Страница 4 из 4 · 75%

İndi eşitdin ki, mən heç kəsdən az bilmirəm ətrafımızda baş verənləri. Bu heç. Qırx ikinci ildə rulda oturanda mənim cəmi on altı yaşım vardı. Dost-tanış danlayırdı Sultan Mamedoviçi ki, “Belə ana uşağına da rul tapşırarlarmı?” Hamı təəccüb eləyirdi ki, əldən-ayaqdan saz, möhkəm şoferləri qoyub niyə bu “quşu” götürüb Sultan Mamedoviç. Sonradan açıldı ki, general Pers, Xudiyev dəstəsini divara qısnayıb şeyx qardaşlarının barəsində material istiyəndə, elə o vaxtlar hər səhər xaş yediyinə görə Xaş nəçənnik deyilən NKVD Gülənov hər xaş vaxtı Sultan Mamedoviçin bir şoferini içirdib leşə döndərirmiş, sürüyüb Gəzəyən Şənbənin otağında lüt-üryan soyundururmuş, ayılanda da təpiyin altına salırmış ki, “Bizim rabotnikin namusuna sataşmısan! Şeyx qardaşlarının şpionusan! Şənbəni ələ keçirib məlumat almaq istəyirsən!..” Gülənovun dalınca Sayılov çarmıxa çəkirmiş şoferi, Sayılovun dalınca Pers özü!.. Qırx birinci ildə qoşunumuz o taya keçəndə Culfada Xudiyev açıb bu sirri Sultan Mamedoviçə, deyib: “Tarixin təkəri sizin xeyrinizə fırlanır. Əmbə siyahımıza düşən şoferlərdən uzaq olmasanız, təkərin altında qalarsınız”. Sultan Mamedoviç yoxlayıb görüb raykomnan RİK-in qarajında tək bir nəfər milisə düşməyib, o da şoferlərin əldə-ayaqda buyurduqları “Quş”du. Öz adı Müslüm, atasının adı Müslüm, familiyası da Müslüm. O saat tanıyıb, deyib: “Tez bura çağırın o Müslüm Müslüm oğlu Müslümü”.

İçəri girəndə gördüm ayaq üstədi. Dedi: “Xəbərin varmı ki, atan Müslüm Müslüm oğlu Müslüm qəza komitəsində mənim şoferim olub, vuruşmada mənim bu qolumun üstə keçinib?” Dedim: “Bizim evdə səhər yerimizdən qalxanda da o barədə danışırıq, günorta da, axşam da”. Dedi: “Mən istəyirəm atanı əvəz eliyəsən”. Dedim: “Mənim bundan böyük arzum yoxdu”. Dedi: “Arzuna çatmaqdan ötrü get pasport al. Gəl pasportunu göstər, əmrini al. Ordan da get qaraj müdirindən açarı al, maşını qarajdan çıxart. Əmma bir şərtnən götürürəm səni. Bığın, saqqalın çıxmamış, indidən yadda saxla: hardasa, kimsə bir qədəh araq təklif eləsə, bil ki, Gülənovun tapşırığıynan verir. Hardasa, kimsə, bir zənən xeylağı üzünə gülümsəsə, bil ki, Gülənovun tapşırığıynan gülümsəyir”. Dedi: “Hamı bilir, sən də bil: Xaş nəçənnik Gülənovun iki qorxunc silahı var: birincisi araqdı, ikincisi zənəndi. Bu silahlardan özlərini gözləmiyənlər, tələyə düşürlər, ömürlük tələdə qalırlar”... Beynim qanıydı. Çox təəccüb elədim ki, araq nədi, zənən nədi, Sultan Əmirli kimi adamın dilində nə söhbətdi bu? Demə, o günü Sultan Mamedoviçin ən tərifli kolxoz sədri Cəbrayıl kişini tələyə salıbmışlar o murdarlar. Görmüş olarsan, Tahirlidə Sürməli Söylü adında gözəl arvad vardı. Əri Muxtar Sultan Mamedoviçnən, Qurban əmiynən, atamnan bir atryadda vuruşan adamlardanmış, kolxoz sədriymiş. Müharibə başlayan günü yerini Cəbrayıla verib əsgər gedibmiş. Qırx ikinci ilin yazında “Qırılan diviziyada qırılanlar”nan bir yerdə ondan da qara kağız gəlibmiş. Qurban əmiynən Sultan Mamedoviç o Sürməli arvadı kursa göndərmək istəyirmişlər ki, kursdan qayıdanda Tahirlidə partkom seçsinlər. Murdarlar guya Muxtar kişinin ailəsinə yoluxmaq münasibətiynən gedib Sürməlinin evində məclis düzəldiblər, Cəbrayılı da ora çağırtdırıblar, içirdib leşə döndəriblər, çıxanda Sürməlinin də boğazına konyak töküblər, içəridə qoyub, eşikdən qapını bağlayıblar, kəndə səs yayıblar, qalmaqal qaldırıblar ki, bəs Cəbrayıl əsgər ailəsinin namusuna sataşıb, öz dostu Muxtarın arvadını zornan arvad eləyib özünə.

Getdik gördük Sürməlinin böyük oğlu Cümrünün başına hava gəlib. Kiçik oğlu Tapdıq az qaldı özünü “Emadin”in altına salsın. Sultan Mamedoviçin yaxasından yapışdı, qışqırdı ki, “Cəbrayıl tutulmalıdı! Tutulmasa, öldürəcəm onu!”

Maşını qarajdan çıxardan günü belə şeylər bildim.

On iki il keçib o vaxtdan.

Lüt Cəfər kimi durub-toxtamış kişini tələyə saldılar o Bezobraziye murdarları! Cəfər əminin evinin ətrafında on iki evi birdən xaraba qoydular! Axırda Sultan Mamedoviçin özünü tələyə saldılar! Çapalaya-çapalaya qalıb! Dünən tələsiyə düşdü, bu torbaynan termosu çatdırammadım, indi əlim ürəyimin üstədi ki, dərmənsiz qalıb, görəsən necədi halı?!

Mən boş-bekara söz danışan deyiləm, qadan alım, qardaş. Bezobraziye qudurmuşları Əlləzoğlunun “beyninin zədələnməsi”ni “eşq dəlisi” adına yazıblarsa, aydın deyilmi ki, qudurmuş it tutub səni?! Cəbrayıl kişini, Cəfər əmini tutan it tutub! Sultan əmini tutan it tutub! Hamanca zənən tələsidi, qadan alım, özü də lap yekəsindən!

Dünyada yeganə doğru elmnən kamil insan yetirmək yolunda can qoyanların tərbiyəsindən çıxıbsan sən. SafAğı mükəmməl bilməsən də irsiyyətcə Ağsan! Qəlbin billurdu! Ona görə də tez aldanansan. Hər rayonda lap min qohumun, dostun da olsa, Bezobraziyeyə qalib gələmməzsən! Bayaq danışdım Bezobraziyenin miqyasını...

Səməd öz dəyişmiş səsinin xırıltısını eşitdi:

– Müslüm!.. Çax-çuxun sözüynən saxlamamışdınmı maşını sən küçədə?! Mən ayıq tərpənməsəydim vurmalı idi o məni! Qucağında siyirmə xançal vardı! “Mikroilan” deyilsənmi sən özün?!

Müslümün rəngi ağardı.

– Yox! Yox! Nə danışırsan, qardaş! Mikroilan olsaydım, elə o körpüdə güdaza verərdim səni.

– Orda sən özün də avariya qurbanı olardın. Ona görə qaçdın. Düzdü?!

Səmədin əlləri bayaq Çax-çuxun boğazına necə yönəlmişdisə, indi də elə yönəlib Müslümün ağzını-burnunu bir-birinə qatışdırdı.

– Danışma! Bəsdi zəhərin! Şofer deyilsən sən, çoxbilənlərdənsən! Sür!

Maşın Nizami kino-teatrının qabağından sola burulub, 28 Aprel küçəsinin solunda, hər mərtəbəsi azı dörd metr hündürlüyündə, köhnə ikimərtəbə bir binanın kino-teatra baxan tərəfində dayandı. Səməd bunu bilmədi. Özündə deyildi.

Müslüm termosla büzməli torbanı və qəzetə bükülü “padnos”la stəkanı qoltuğuna vurub düşüb, fırlanıb sağdakı qapını açdı, başını bulaya-bulaya, qanamış burnunu, gözlərini sildikcə, qanını göz yaşına qata-qata, qoluna girib Səmədi qalın, hündür, boz bir qapı qabağına apardı, geri yüyürüb, maşının qapılarını açarla bağladı, qayıdıb yenidən qoluna girdi, Səməd bunları da bilmədi. Sarsıntıdan ancaq onda az-çox ayıldı ki, Müslüm əlini qapıya uzadanda yuxarıda zınqırov cingiltisinə bənzər cingilti eşidildi. Boz qapı açıldı. Müslüm onu ikinci mərtəbədə geniş, yarıqaranlıq foyedən keçirib, – çatdıq, – dedi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Süleyman padşahın xəzinəsi 6

Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?

31 мин
Süleyman padşahın xəzinəsi 7

Nə Sultanla Səməd, nə Xızr Abı ilə Çürük Aşıq, nə Məhərrəm, nə də “mühacirlər” və bütün “Pünhan”lar – hələ heç kəs bilmirdi ki, “çesuyçalılar” adlananlardan, əvvəllər olduğu kimi, hər beş nəfərdən biri yox, indi hər iki nəfərdən biri birbaşa Moskva KeQeBesinin işçisi idi. Hətta Azərbaycan KP MK-dan və respublika KQB-sinin özündən də gizlində, hər cür dünya nemətləri ilə təmin olunan, xalqdan tamam ayrılıb, bu xalqın keçmişi, gələcəyi ilə məşğul olan Muğannaları nəinki addım-addım izləyirdilər, hətta, imkan olanda – şərait yarananda öz şəxsi təşəbbüsləri ilə öldürürdülər. Bu təhlükəni tək bir nəfər, bütün Dövlət Təhlükəsizliyi işçilərinin sadəcə “Saşa” adlandırdıqları bir nəfər polkovnik bilirdi. Bu bəstəboy, son dərəcə məlahətli oğlanı Muğannalardan demək olar ki, hamısı oğul, qardaş, yaxın-əziz qohum kimi sevirdi. “Saşanın üzündə şeytan tükü var” – deyəndə məhəbbətlə gülümsəyirdilər. Bu məhəbbətin, əlbəttə, ciddi səbəbi də vardı: Gürcüstanın ən ucqar guşələrində yaşayan “Muğ” – Bağlardan başlamış, Şimali Azərbaycanın ən ucqar rayonlarından Lerikə qədər, Muğannalardan kim həbs olunurdusa, Saşa, yalnız özünə məlum möcüzə ilə xəbər tutub, cinayət işi-filan yazmamış, istintaq başlanmamış, təkbaşına, türməyə – həbsxanaya gedib, lazım gələndə hətta əlini yarımavtomat naqanın üstünə qoyub, qısaca “Azad edin” və ya “mənim şəxsi işçimdir” deyib buraxdırırdı. Sultan nə qədər kədərli, sarsıntılı olsa da, hətta gecələrin birində o qalın bağın dərinliyindən bəriyə güllə açılacağına heç bir şübhəsi olmasa da, əmin idi ki, Saşanın kor görünməz əli həmişə haralardasa – ətraflarda dolana-dolana onun özünü və Bircə balanı qoruyurdu və sədr Mədədin ölümündən sonra bu iki nəfərin – əmi ilə qardaşoğlunun sağ qalmağının səbəbi də məhz o “əl” idi. Çox təhlükəli hallarda isə o “əl” Saşanın özü idi. Başında Əlləzoğlunun “motal” papağı, çiynində Əlləzoğlunun əlli ildən qalma əprimiş arxalığı, zalın qapısında bir an görünüb, əlindəki uzun kabab şişini dişinə çəkə-çəkə geri qanrılıb yox olan o oğlanı nə aşağıda – həyətdə olan Sultan gördü, nə də Səməd: polkovnik Saşa məlahətlə qımışıb, dabanı üstə dönüb yoxa çıxdı. Səməd onu Sultanın həyət-bacasında qulluq eləyən Seyid kişi kimi adamlardan biri sayıb, heç diqqət də yetirmədi...Hələ heç kəs, o cümlədən Saşa özü də bilmirdi ki, bu ağ daş evin yaxınlığında, bağın çalkeçid budaqları altında daha bir nəfər naməlum adam, kababın ətrini dəf etmək üçün cibindəki balıq konservini bıçaqla açıb, yeyə-yeyə Saşanı daimi “pod kolpakom”⁴⁷ saxlayırdı ki, lap tezliklə qanını axıtsın və beləliklə, qorunduğuna əmin olan Sultanla birlikdə Səmədin həyatını da tükdən asılı qoysun. Hər gecə Moskva vaxtı ilə səhər saat dörddə bağın dal hasarının dibindən o yana keçən, sement döşəməli, dərin, susuz arxdan sürünüb keçib, orada vaxtı ilə Rəhim Qudalının işlədiyi “Rayon yun idarəsi, Alınma, satılma məntəqəsinin künc otağında “priyomnik”in “nauşniklərini” başına keçirəndə o adamın eşitdiyi ilk sözlə “Ya Saşa! Ya Saşa...” olurdu. Yəni, Moskvadan danışan adamın “kliçkası” da “Saşa” idi... Bu gecə o Moskvalı səs, vaxtından xeyli əvvəl, yəni Sultanla Səmədin evə qalxdıqları dəqiqələrdə əmr etdi: “Ya Saşa... Ya Saşa... pora vzyat moyeqo tyozku... pora vzyat moyu tyozku”⁴⁸ çox keçmədi ki, arxadan içəriyə daha iki qaraltı girdi. Saşanın başının dövrəsində, qaranlıqda üç lülə ağzı ağardı...

3 мин
Süleyman padşahın xəzinəsi 8

Fəlakətdən xəbərsiz Səməd zalda bayaqkı yerində təkcə oturmuşdu.Uşaqlıqdamı, ilk gənclikdəmi, nə vaxtsa, əzələlərini daşlaşdırmaq fikrinə hələ təzə düşdükləri günlərdə, əzələ qayğısından başqa heç bir qayğıları olmayan çağlarda sədr Mədədin ərköyünü ilə Cəfər əmi – Lüt Cəfərin qaynı Yusif, Sudüşənlə meşənin arasında kərpickəsənlərin sarı torpaq çıxartmaq üçün qazdıqları dərə kimi dərin qaznağa su buraxmışdılar, göl düzəltmişdilər. Hər gün məktəbdən çıxanda birbaş o gölün qırağına yüyürərdilər, kitab-çantalarını bir yana, paltarlarını o biri yana atıb, suya baş vurardılar, “eşmə” üzə-üzə çıxıb, canı sulu-sulu meşəyə cumub, ağacların budaqlarını turnikə çevirərdilər, pambıq əkini üçün köklənmiş sahə kənarında kötükləri ştanqa çevirərdilər, turnikdə oynamaqdan, ştanq qaldırmaqdan pörtəndə isə bir də suya baş vurub çıxıb, paltarları qoltuqlarında, çantaları çiyinlərində, kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan evə qayıdıb, Ayna bacının, Gülbənizin və ya Gülgəzin həmişə hazır saxladıqları süfrənin qırağında çıl-çılpaq oturub, bir əllə çörək yeyib, o biri əllə “Ədəbiyyat müntəxəbatının”, “Cəbrin”, “Həndəsənin”-filanın vərəqlərini o yan-buyana aşırandan sonra yenə gölə cumardılar. Ömrün necə şirin çağları varmış! Əmma elə gün olmazdı ki, Qıllı Qeybalı şirinə acı qatmasın. Dantes Qeybalı yox, o vaxtlar Qıllı Qeybalı və “Ataman” deyilən pələpüsür oğlan suyun altında qara camış kimi peyda olub Səmədin ayaqlarından asılanda, Qudalı uşaqları da cin-şəyatin kimi qaynaşa-qaynaşa Yusifin əl-qoluna sarılardılar. Sudan kənarda sədr Mədəd vardı, Qılınc Qurban vardı, adı Lüt qoyulsa da partkomluğunda qalan Cəfər əmi vardı, orda sədrin ərköyünü ilə partkomun qaynına yaxın düşmək çətin idi, suyun altında isə ərköyünün tərifli qara, gur saçlarından çəngə-çəngə qopartmaq olardı, “Yusif kimi gözəl Yusifin” ağzını cırmaq, burnunu burub əzmək, şişirtmək olardı. Odur ki, suyun altında nə qədər qalmaq mümkündürsə, bir o qədər qalıb, lap boğulunca vuruşardılar. Xüsusən sədr Mədədlə Qudalı ağsaqqalı Rəhimin idarədə-iclasda sözləşdikləri günlərdə suyun altında vuruşma çox çəkərdi. Elə çox ki, qıllı camışla cinşəyatin dəstəsinin ardınca sudan çıxanda göl dibinin həyəcanla dolu, uğultulu sükutu Səmədin beynindən getməzdi.

14 мин
Süleyman padşahın xəzinəsi 9

Səməd səndələyirdi. Əmma beyni açıq idi. Əmisinin ardınca gedə-gedə, bayaqkı müəmmalı qandan, ocaq, tüstü qoxusundan içərisinə necə üzüntülü, qat-qarışıq hisslər dolduğunu, eyni zamanda bu hissləri cilovlamaq üçün indi bir o qədər çətinlik çəkmədiyini bütün aydınlığı ilə başa düşdü. Qırmızı tuf daş binanın pillələrini qalxanda, özünün düşündüyü kimi “əməlli başlı toxtamışdı”. Qəbul otağında dörd divarın dördünün də dibində sıx cərgə ilə düzülü stullardan çesuyçalılar bir nəfər kimi gurultu ilə ayağa qalxdılar. Bu gurultuda gizlin məna vardı: birbaş dermantinli qapıya gedən əmisinin ardınca yeriyib heç kəsə baxmasa da, Səməd hiss etdi ki, həbs xəbərini burda da eşitmişdilər və teleqramdan sonra yarımallah olan Sultan Əmirlinin bu dəfəki qələbəsindən sarsılmışdılar, məhz buna görə də, stullardan dik atıldılar, qısıq, müti, rəzil qullara çevrildilər. Pıçıldaşıb, “Kişi, Kişi” dedilər.Qısıqlığı, qorxaqlığı, mütiliyi, rəzilliyi Səməd dermantin qapının sağında, küncdə dayanmış üç nəfərin üzündə daha aydın gördü. O üç nəfərdən – Xudiyev dəstəsindən birincisi prokuror Sayılovdu. İkincisi milis rəisi Gülənovdu. Üçüncüsü RİK Atamalı idi.

22 мин

Стихи других поэтов