Çiynində qara mərmər,Neçə igid,Neçə ər,Dağlara dırmanırdı.Zirvədə buz bülluru,Ətəkdə od yanırdı.

Aşıb aşırımları,Büdrədilər,Qalxdılar.Bu dəmir çarıqlılar,Bu kəndir qurşaqlılar.

Bu yükü mərmərlilər,Deməyin,Töküldülər.Ox kimi dartıldılar,Yay kimi büküldülər.

Adsız zirvə, qürurlan!Bulud dağıt,Göyü əz!Səni fəth eləməyəHər ürək tab gətirməz!

...Neçə oğul itirdiBu pilləsizSıldırım.Gədiyi yağış döydü,Sərt zirvəni ildırım.Əl-ayaqdan düşənəGöy qurşağıGülüşdü.Bu hünər meydanındaYüzlər elliyə düşdü.

Payız səması kimiBoşaldılar,Doldular,Bir az da seyrəldilər,Amma yorulmadılar.

Buzlu zirvələr üstdəYurdumunOğullarıQələbə əzmi iləÜz tutdular yuxarı.

Bir adsız körpə kimiAdsız zirvəSevindi.Səcdə edib onlara,Qızıl günəş də endi.

Qartallar keşik çəkdi,Onların dövrəsində.İgidlərsə dayandı,Zirvələr zirvəsində...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов