Görüş yeri
Dalğalı Arazın göy yaxasındaDurur əzəmətli şəhərim mənim.Onun hər evində, hər obasındaKaş ki, səslənəydi sözlərim mənim.
Axı neçə vaxtdır bu doğma diyarBaxır, mənə baxır, gözləri dolğun.Deyir: – Yaz, qoynumda iki küçə var,Birisi “Puşkindir”, birisi “Vurğun”.
Bu səs qanadında gəzdirir məni,Bu söz ürəyindən qopur hər kəsin:– Naxçıvan! Ey şerin, sözün vətəni,Çağır, ulduzlar da səcdəyə gəlsin!
Bu iki şairə, bu iki ada,Könlümü vermişəm körpəliyimdən.Şeir məftunuyam qoca dünyada,Onları şeirlə səsləyirəm mən.
Vurğunum, Puşkindən söz açıb bizə,Demişdin: “Batmasın ulduzum-ayım.Sənət vadisində gəlsin üz-üzə,Sənin Tatyananla mənim Humayım”.
Onunçun səcdənə mən enirəm ki,Nisgilim gül açıb yerdə, ustadım!Bir də ona görə sevinirəm ki,“Sənin tələbən” çağrılır adım.
“Puşkin küçəsi”ylə Tatyana gedir,Sağında-solunda ayna səkilər.“Vurğun küçəsi”ni Humay seyr edir,Gülür gözlərində qızıl bir səhər.
Bu iki gözələ, bu iki qıza,Bulaq salam verir, çay salam verir.Bu qoşa ülkərə, qoşa ulduza,Günəş salam verir, Ay salam verir.
Gözündə Puşkinin mücəssəməsi,Yeriyir Tatyana əlində çələng.Dilində Vurğunun həyat nəğməsi,Humay addımlayır gülümsəyərək.
Mat qoyub hüsnünə bizim diyarı,Onlar çiçək kimi öpüşəcəklər.Puşkinlə Vurğunun şeir dildarı,Sənət vadisində görüşəcəklər.
Bu iki sənətkar əzəldən bəri,Mənim ürəyimdir, mənim canımdır.Bir də xoşbəxtəm ki, o görüş yeri –Bu sənət vadisi Naxçıvanımdır!
Kitabxana.az · https://kitabxana.az/ru/works/islam-seferli-gorus-yeri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ah-ü-zar çəkməkdən, qan ağlamaqdan,Dərdimi yetirdin səksənə könül,
Qaytar ana borcunuBir gözəl, bir sevimli oğul böyütdü ana.O bəd, uğursuz günü - ərinin öldüyünü
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
Cəfərqulu xanın Mirzə Əbülqasım Qazini həcv etməsiƏla, ey munisi-dirinə qazi,Yetirdin sinnini sittinə, qazi.