Əcəb bilsəm bəni şeyda qılan kim?Bana bu eşq odın peyda qılan kim?Əcəbləram, əcəb qaldım ilahi!İman əhlin tutub tərsə qılan kim?Qamışdan şəkkərü, daşdan cəvahirAğacdan daneyi xurma qılan kim?Tənim yetmiş iki dürlü damardır,Kimin irmaq, kimin dərya qılan kim?Qoy bu tedbiri, gəl təqdiri gözlə,Bu gün ki vədeyi fərda qılan kim?Bu natun fərrişi hər dəm bu fərraş,Bu ərşin rangini mina qılan kim?Hesənoğlu, bu bir qətrə mənidənAnın xub suratini ziba qılan kim?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви