Nə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.Taleyim bəd, günüm qara, cəfakeş,Hicran evli dərd otaqlu olmuşam.

Fələk qoymadı ki bircə yarıyım,Gözüm açdım, gördüm özüm qarıyım,Dərd ü möhnət, hicran, qəm sərdarıyım,Bu dünyada dərd sıxnaqlu olmuşam.

Əliyəm çox çəkdim dərd ü bəladən,Qəm əl götürmədi mən mübtəladən,Aləmi-ərvahda qalu bəladən,Xun-cigərlu qara dağlu olmuşam.

Случайное стихотворение

Стихи других поэтов · О судьбе