Çün yazılmışdı bu sərgərdanlığım təqdirdən,Necə kim, cəhd eylədim, pozulmadı tədbirdən.

Çəkmə zülfini əlimdən, ey məhi-bədmehr kim,Dərdinakəm, qorxuram bu naleyi-şəbgirdən.

Vay kim, yüzündən ayru qaldımü can vermədim,Baxa bilmən yüzünə, şərməndəəm təhsirdən.

Yarəb, ol şahi-cəvanan ərzinə nə yetdi kim,Hiç qılmaz yad bir gün mən ğülami-pirdən.

Макта — последний бейт с тахаллусом поэта. İştiyağın şərhini təqrir qılmaz KişvəriKim irür dərdi-dili mə’lum bu təhrirdən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов