Ey donu qızıl, bənzi qızıl, müşki kəlalə
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Ey donu qızıl, bənzi qızıl, müşki kəlalə,Sənsən çəməni-hüsnara bir dəstəyi-lalə.
Ətrafi-yüzində xəti-səbzin nəyə bənzər,Bir parə şəbi-çardəhün gərdidə halə.
İncu təki dişlər dahənində nəyə oxşar,Bir ğönçeyi-xəndanə içi dopdolu jalə.
Xunabəyi-həsrət içərəm kim, nə səbəbdən,Sən badə içərkən ləbuni öpdi piyalə.
Ey qəddi sənubər, xəti reyhan, ləbi ğönçə,Vey kakili sünbül, yüzi gül, çeşmi ğəzalə.
Dedim ki, sana bir qulam, üştə yüzüm üzrə,Qan birlə yazar mərdüməki-didə qəbalə.
Макта — последний бейт с тахаллусом поэта. Keçdi vərə’i-zöhd çehel salədən asan,Qul Kişvəri ta tapdı büti-çardəh salə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/kisveri-ey-donu-qizil-benzi-qizil-muski-kelale
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dəmi-rühul qüds cana, ləbi-şəkkərfəşanındur,Hidayət şəm’i kim, derlər zəmiri-xordedanındur.
Bizdən sarı ol mah könülni savudubdurBizdən sarı ol mah könülni savudubdur,Yarəb, nə bəla, əhli-vəfani unudubdur.
Yarsız qaldım yenə, biyarlıq müşküldürürYarsız qaldım yenə, biyarlıq müşküldürür,Biənisü munisü ğəmxarlıq müşküldürür.
Mənim bir dilbərim var kim, ləbü göftari gögçəkdürMənim bir dilbərim var kim, ləbü göftari gögçəkdür,Tənü əndami bəs nazik, qədü rəftari gögçəkdür.