Gözlərim yüzün görüb xurşidi-taban istəməz
Gözlərim yüzün görüb xurşidi-taban istəməz,Bir nəfəs keçməz ki, bəzmi-vəsli-canan istəməz.Tilbə könlüm səndən ayru səbrü saman istəməz,Bir nəfəs keçməz ki, bəzmi-vəsli-canan istəməz,Kimdürür aləmdə kim, ol rahəti-can istəməz.
Səndən ayru qalğalı boldum nədim hər nedəm,Gözlərim qani mədadü kiprigim boldu qələm,Həmdəmim ahü fəqanü munisim həm dərdü ğəm,Qalmışam beytül-həzəndə, ey güli-baği-İrəm,Gəl ki, sənsiz xatirim gəşti-gülistan istəməz.Hasili-ömrümdən üştə bir nəfəs qaldıvü bəs,Ləblərindən ver mana can, ey büti-İsanəfəs,Səndən özgə yoxdurur imdi mana fəryadirəs,Eşigində hər kimsə oldu gədalıq dəstirəs,Taci-Afridun bilə, təxti-Süleyman istəməz.
Ey Məsih-ənfasi-dilbərü ey mələksima həbib,Kim ki, bimarundurur bilməz anın dərdin təbib,Baği-cənnətdür cəmalın, ləblərindür əndəlib,Cami-lə’lin cür’əsindən hər kimə bodu nəsib,Hövzi-kövsər suyin içməz, abi-heyvan istəməz.
Ol büti-əbrukəman kim, oxun atar hər tərəf,Aşiq irməz kim, anun oxuna qılmaz can hədəf,Dalmayınca bəhrə tapmaz daneyi-gövhər sədəf,Vasil olmaz Kə’beyi-məqsudə ömridür tələf,Rahiro kim-zəhməti-xari-muğilan istəməz.
Ey sərasər şivəvü nazü itabü dilbəri,Adəm övladı degülsən, sən mələksən, ya pəri?Eşqbazi müşkül işdür, dutma anı sərsəri,Küfr istər kafərü iman müsəlman Kişvəri,Bütpərəst köhnədür, küfr ilə iman istəməz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/kisveri-gozlerim-yuzun-gorub-xursidi-taban-istemez
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir cəfapişə məhi-afaqgərdim var mənimKim, ğəmindən sağarıb rüxsari-zərdim var mənim,
Boy çəkdi o şol sərvi-dilaray mənimçünBoy çəkdi o şol sərvi-dilaray mənimçün,Açdı yüzünü ol güli-rənay mənimçün,
Çün cəmalın pərtövi-sübhi-kəramətdür manaÇün cəmalın pərtövi-sübhi-kəramətdür mana,Bir nəfəs kim, görməzəm şami-qiyamətdür mana.
Ey pəriləb, demə həq bir parə can vermiş sanaEy pəriləb, demə həq bir parə can vermiş sana,Çeşmeyi-heyvan deyib, şəkli-dəhan vermiş sana.
Стихи других поэтов · О любви
İxtiyar səndir, vəfalı dilbər,Mən sənin könlünə dəyən deyiləm,
QaldıSitəmlə ayrıldım ana vətəndən,Yarımın bağbansız bağları qaldı.
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
Bənzəyir cənnətə yazi-növbaharBənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.