Hər səhər badi-səba kim, kuyi-canandan gəlür,Sanasan ruhül-qüdüsdür buyi-can andan gəlür.

Bu nəsimi-sübhdür kim, rövşən etdi çeşmimi,Yoxsa buyi-Yusifi-Misri ki, Kən’andan gəlür.

Ləblərin ətrafidə kim, baş çıxardı xətti səbz,Xızra bənzər kim, kənari-abi-heyvandan gəlür.

Bağibanidür yüzündə xali mişkin, ey sənəmKim, ətəgi doldurub güldən gülistandan gəlür.Xaki-payin birlə istərmən urum göz rozəninKim, mana hər nə gəlür, bu çeşmi giryandan gəlür.

Badeyi-gülgun içində ləblərin hər birisi,Qiymətin bir lə’lə bənzər kim, Bədəşxandan gəlür.

Ol kəmanəbrü sənəmdin Kişvəri hər tiri-ğəm,Hüd-hüdi-fərxəndə peydür kim, Süleymandan gəlür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе