Yarə köp can verdim, əmma bivəfadur bilmədim
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Yarə köp can verdim, əmma bivəfadur bilmədim,Aşinalıq rəsmidən naaşinadur bilmədim.
Şivəvü nazü itabi çoxdurur bildüm, vəliĞönçəsi qan tökməkü işi cəfadur bilmədim.Surətin gögçəkliginə aldanıb verdim könül,Əhdi süstü bağrı daş, könlü qaradur bilmədim.
Sözünə şirinlədim əvvəl ki, yarimdür mənim,Təlxi-kam açır yerim kuyi-fənadur bilmədim.
Gözlərinin şivəsinə mübtəla boldum, vəliZülfünün hər tari bir dami-bəladur bilmədim.
Eşqi bustanında tikdim yüz tuman nəxli-vəfa,Bərgi-mehnət meyvəsi rəncü ənadur bilmədim.
Tapmağa gənci-müradi Kişvəri, qıldım həvəs,Hər qədəm yolunda kami-əjdəhadur bilmədim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/kisveri-yare-kop-can-verdim-emma-bivefadur-bilmedim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gözüm giryandur, ey can, səndən ayru,Tənim üryandır, ey can, səndən ayru.
Açdı yüzidən bürqə’ ol şol ey mana qarşuAçdı yüzidən bürqə’ ol şol ey mana qarşu,Mehrab qaşı darüş-şəfa, gözləri sayru.
Pərişan ruzigarəm bir pərivəş yardan ayruPərişan ruzigarəm bir pərivəş yardan ayru,Günümm dün tək qaradur, bir məhi-rüxsardan ayru.
Saçın fikri ayağım bağlar olduSaçın fikri ayağım bağlar oldu,Mana guya dəlürmak çağlar oldu.
Стихи других поэтов · О любви
İxtiyar səndir, vəfalı dilbər,Mən sənin könlünə dəyən deyiləm,
Tər gülər, SənəmTər getdim tər yarın tər xanəsinə,Tər mehman, tər eylər, tər gülər Sənəm.
بگذار تا بماند چشمم به رهگذارانپاداش آنکه نشناخت قدر وصال یاران
Əldə mey, üzdə gülüş gəldi nigarım bu gecəƏldə mey, üzdə gülüş gəldi nigarım bu gecə,Pis nəzərdən uzaq, ol çeşmi-xumarım bu gecə,