İdarəyə məktub
Müdiri-möhtərəm fəzilətli cənab İsabəy Aşurbəyov. Əvvəla cənab haqdan zat-alilərinizin səhhət və afiyət üzrə payidar olmağını arzu edirəm, digər [tərəfdən] cənabınıza izhari-məmnuniyyət edib, millət yolunda göstərdiyiniz hümmət və qeyrətinizə təhsin və afərin oxuyuram və qəlbən şad oluram ki, sizin kimi qeyrətmənd şəxslər dəxi bizim müsəlmanların içində görsənirlər. Xüsusən, müsəlman və erməni arasında sülh və barışığın bina tutmasına çalışmağınız hər bir şeydən artıq bizi şad eləyir. Əgərçi erməni-müsəlman iğtişaşında Şuşa qələsində həqirin evi içinin əcnası ilə yanıb tələf olubdur, dayım və onun iki nəfər cavan uşaqları qətlə yetibdir, bununla belə mən ürəyimdə büğz və ədavət bilməyib, bunu ancaq arzu edirəm ki, bu iki qonşunun arasında şeytanın iğva və vəsvəsəsi ilə bəhəmə gələn fitnə və fəsad götürülsün və yenə irəliki mehribançılıq və dostluq onların yerini tutsun. Vaxta ki, biz yəqin etdik, hər iki tərəfi bir-biri ilə vuruşduran və yek-digərinin üstə qalxızan üçüncü bir düşməndir, onda bizə vacib olan budur ki, haman düşmənin vəsvəsəsinə bir də aldanmayaq və müttəhid olub, onun dəfinə və bizdən kənar olmasına çarələr tapaq. Ancaq bu yolla biz özümüzü düzəldib, sahili-nicata yetirə bilərik, ancaq büğz və ədavəti bilmərrə unudub dostluq əlini bir-birimizə uzatmaqla qüvvət və mütməinnlik hasil edə bilərik. Hərgah bundan sonra biz bir-birimizə inanıb etimad və etibar etsək, onda bizi barışdırmağa və aralıqdan niza və fəsadı götürməyə nə Qalaşapov lazım gəlir, nə Levitski və qeyrisi. Erməni və müsəlman onlara ariz olan bu qədər fəlakət və müsibətdən sonra gərəkdir dürüst fikir edib, öz işlərindən və öz etdikləri insafsız və əqilsiz əməllərindən peşiman olalar, barışmağı özləri lazım və vacib bilələr. Ancaq o barışıq möhkəmdir, vaxta ki, o tərəflərin rizası və xahişi ilə əmələ gəlir. Zorla və təkid ilə bəhəmə gələn barışıq möhkəm ola bilməz və hansı tərəf bu işdə artıq danalıq, mürüvvət və sədaqət göstərsə, özünə yetən zərəri nəzərə almayıb, əvvəlcə sülh əlini dosta uzatsa o tərəfə səd afərinlər olsun. Ümidvaram ki, tezlikcə hər iki tərəf bir-birinə sülh əlini uzada və aralıqdan ədavəti bilmərrə götürə....
Kitabxana.az · https://kitabxana.az/ru/works/kocerli-idareye-mektub
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
(Redaksiyaya məktub)Cənab Q. B. K. Şirvanski, Çernyayevskinin "Vətən dili" dərsliyi barəsində "Zaqafqazye" qəzetinin 58-ci nömrəsində dərc olunmuş resenziyasında təhlil etdiyi əsərə bir o qədər də ədalətli qiymət vermir. Həmin dərsliyin son iki nəşri mənim redaksiyam altında çıxdığına görə cənab Şirvanskiyə onun bəzi qeydlərinin əsassız olduğunu göstərməyi lazım bilirəm.
Vəfati-şairBu günlərdə "Məlumat" ruznaməsinin axırıncı nömrələri yetişdi. Bəradərim Səhhətin verdiyi "Qara xəbəri" oxudum. Bir neçə dəqiqə gözlərimə qaranlıq çökdü, bilaixtiyar qəzetə əlimdən yerə düşdü. Bu xəbər milli şairimiz Mirzə Ələkbər Tahirzadə Sabirin vəfatı xəbəri idi. "İnnalillahi və innaileyhi raciun". Bəli, ölüm allah əmridir. Hər yaranan öləcəkdir. Hər kəs ki, bu dünyaya qədəm qoyubdur, gərəkdir getsin! Bizim əziz və istəkli şairimiz Sabir dəxi çox zəhmətdən, cismani və ruhani əziyyətlərdən və küdurətlərdən sonra gözəl canını can yaradana təslim elədi. Mərhum ölüb getdi. Amma çox həsrət ilə getdi və özü ilə bahəm axirət evinə böyük arzularını və gözəl fikirlərini apardı.Sabir getdi, — bizi dəxi sinəsi dağlı və ürəyi qəmli, həsrətdə qoydu. Mərhumdan bizim böyük təmənnalarımız var idi. Onun lisanından təzə sözlər, təzə fikirlər eşitmək istəyirdik. Vəli, çox əfsus ki, əcəldən macal olmadı və Sabir həsrət ilə gedib, bizi də həsrətdə qoydu.
Vaqif və Vidadi və bunların dostluğuMilli şüarımızdan məşhur Molla Vəli Vidadi təxəllüsün vəfatından bu il tamam yüz il, yəni bir əsr gəlib keçir. O cəhətə onun adını hörmətli jurnallarımızda — "Dəbistan" və "Rəhbər"də zikr edib, oxuculara Vidadinin barəsində bir para məlumat verməyi lazım gördük.Molla Vəli Vidadi və Molla Pənah Vaqif hər ikisi bir əsrin və bir elin adamlarıdır. Qazax mahalında bunlar öz əsrlərinin əhli-kəmalı və sahibi-elm və mərifəti olub, müasirləri arasında özlərinə şan və hörmət qazanmışdılar və hər ikisinin gözəl, rəvan və səlim təbləri var idi. Belə ki, Qazax şairlərindən məşhur Kazımağa Salik təxəllüs bunların haqqında deyibdir:
Yakov Semyonoviç QoqoebaşviliBu günlərdə əbədi olaraq gözlərini yummuş qocaman gürcü müəllimi və publisisti Y. S. Qoqebaşvilinin1 parlaq siması, ideal və arzuları hazırda hələ ot bitməmiş məzarı başında acı göz yaşları tökən gürcü xalqı üçün yolgöstərən ulduz ola bilər. Yakov Semyonoviç üçün göz yaşları tökməyə dəyər! O öz xalqını həqiqi və dərin bir məhəbbətlə sevirdi; özünün bütün qüvvət və bacarığını xalqına xidmət etməyə, onun maariflənməsi, mənəvi inkişafı və maddi rifahının yaxşılaşmasına həsr etmişdi.Uşaqların və uşaq kimi sadəlövh olan xalqının səmimi dostu olan bu istedadlı müəllim xalqının səadət və xoşbəxtliyini maarif toxumu səpən səmərəli xalq məktəblərində görürdü. O, dərindən dərk edirdi ki, hər bir xalqın maddi yoxsulluğu, iqtisadi düşgünlüyü onun zehni yoxsulluğunun, mənəvi düşgünlüyünün nəticəsində meydana çıxır. Öz xalqını belə bir yoxsulluq və düşgünlükdən xilas etmək, onu qaranlıqdan işığa çıxarmağa kömək etmək üçün Yakov Semyonoviç uzun illər boyu Gürcüstanın uzaq, qaranlıq və ucqar yerlərinə bilik toxumu yayaraq xalq maarifi sahəsində səmərəli surətdə çalışmışdır.
Стихи других поэтов
Ey dost, mən buyurduğuna qoymuşam boyunGər istərsən bu köynəyi məndən buyur soyun
Dedim, dediDedim: Ey nazənin, qaşların yayıdırDedi: Qövsi-qüzeh kamanıdır bu
İrvanən və şərurəBir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
Gəraylı: Fələk, sənə nə adətdirFələk, sənə nə adətdir,Ayrılmaq yarı yarından,