Gənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.Qönçə gülün həsrətindənQayğılara batar bülbül.

Qönçə gülün həmdəm yarı,Cismimə salubsan narı,Eyləmə fəryadü zarı,Sənə bir gül yetər bülbül.

Gəlib bağı dolananda,İstəyib qönçəsin alanda,Bahar fəsli yaz olanda,Gül damənin dutar bülbül.

Gələr gəzər bu dağlarda,Məkan dutar duvaqlarda,Gənə bağçada, bağlardaQönçə güllər bitər bülbül.

Düşübsən gülün bəndinə,İnanma qönçə fəndinə,Dəli Köyçəyin dərdinəDağı dartıb qatar bülbül.

Случайное стихотворение

Стихи других поэтов · О природе