Əriyir qışın qarı,Qalxır yerin buxarı.Geyinib yaz paltarıÇöllər çağırır məni.

Açdı bənövşə, lalə,Yayıldı döşə lalə.Küləklərin diliyləGüllər çağırır məni.

Quşlar qayıdır yenə,Göy dolur dönə-dönə.Düşüb nəğmə eşqinəGöllər çağırır məni.

Ətirləndi dağ-dərə,Təbiət döndü şerə.Bir yaz da gəldi ömrə,İllər çağırır məni.

İldırım çaxıb keçir,Bulud darıxıb keçir.Dağlardan axıb keçir,Sellər çağırır məni.

Baxıram dönə-dönəObaların köçünə.Dönüb ağ göyərçinəƏllər çağırır məni.

Arzular dalğa-dalğa,Nəğməmə eldir arxa.Alqış bu doğmalığa,Ellər çağırır məni,Ellər çağırır məni...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе