Gələcəyəm
Səhər-səhər ötən bülbül,Dinlə məni bir sən, bülbül.Dərdli olan öz dərdiniSənə deyər bəzən bülbül.
Mən nə güləm, nə çiçəyəm,Nə də əsən bir küləyəm.Ötsən bizim ellərə, de –Mən yenə də gələcəyəm.
Qon bağçamda bir gül üstə,Sən o güldən könül istə.Gül bülbülü, bülbül gülü,Danışdırın asta-asta.
Belə qalmaz zaman, deyin,Dağılacaq duman, deyin.Ayrılanlar görüşəcək,Vardır buna güman, deyin.
Ağlamasın anam daha,De, son qoysun dərdə, aha.Gecə uzun olsa yenəÜmidimiz var sabaha.
Ağlamasın de anamaMənim o ülvi dünyama.Məsəl var: sular göl olarDama-dama, dama-dama...
Uç o taya, ey körpə quş,Yormasın səni yol, yoxuş.İndi bildim yer üzündə –Həsrət nə ağır olurmuş.
Uç, qanadın yorulmasın,Nəğmələrin qırılmasın.Heç kəs, heç kəs bu dünyadaBir-birindən ayrılmasın.
Uç, ey quşcuğazım mənim,Dilə gəlib arzum mənim.Qoyma qala ürəyimdəBu nisgilim, sözüm mənim.
Mən nə güləm, nə çiçəyəm,Nə də əsən bir küləyəm.Uç bizim ellərə, söylə –Mən yenə də gələcəyəm,Mən yenə də gələcəyəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/medine-gulgun-geleceyem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Əsfa, ey odibi-pakzomir,Daim oldum qəyu dəfnə qərid.
Bahar əyyamıdır, acıldı güllər, ey cavan sənsizBahar əyyamıdır, acıldı güllər, ey cavan sənsiz!Təəccübdür, nədən divanə olmaz Natəvan sənsiz?
Güllü dərəGörən deyir bir cənnətdirQazanlıqda Güllü dərə,
YetişdiBu dünyada heç şad olub gülmədim,Hər vaxt işim ahu-zara yetişdi.