Bürci-nəhsə düşdü kövkəbi-bəxtim,Fələk zülmü mənə nümayan oldu,Zövrəqi-taleim bəhri-ələmdəTəlatümi-qəmdən binişan oldu.

Soldu gül, pozuldu gülşəni-aləm,Şeyda bülbül nə'rə çəkər dəmadəm,Fanusi-ixfayə çünki düşdü şəm,Pərvanə gör necə sərgərdan oldu.

Görünməz bağımda hanı gül, şəhab,Necə olmaz qumri yarsız dilkəbab,Məğribi-fənayə getdi aftab,Şami-tirəbəxtim nümayan oldu.

Yeri, qəhbə fələk, dad əlindən, dad!Bir dəm eşq əhlin eyləmədin şad,Bir Şirindən ötrü misali-FərhadMehdi Bisütunda Kuhkən oldu.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе