Ayağa dur, Azərbaycan!
Nə yatmısan, qoca vulkan, səninləyəm!Ayağa dur, Azərbaycan, səninləyəm!Səndən qeyribiz hər şeyi bölə billik!Səndən qeyribiz hamımız ölə billik!Bu, Şəhriyar harayıdı,Bu, Bəxtiyar harayıdı!Hanı sənin tufan yıxan,Gurşad boğan yurda oğuloğulların!Qara Çoban, Dəli Domrul oğulların.Çək sinənə-qayaları yamaq elə,Haqq yolunu ayağına dolaq elə,Bayrağını Xəzər boyda bayraq elə,Enməzliyə qalxmış olan bayrağını!Azərbaycan, Azərbaycan,Azərbaycan bayrağını!Ayağa dur, Azərbaycan!Bunu bizə zaman deyir,Məzarından baş qaldıran baban deyir!Nər oğlu nər, səninləyəm!Səninləyəm, silah tutan,Külüng tutan, yaba tutan,Kösöy tutan, nişanlı ər, səninləyəm!Səninləyəm, qız atası,Hanı nərən, hanı səsin!Hanı andın!Yoxsa sən də yatmışlara, batmışlara,Qeyrətini satmışlara xırdalandın!!!Gözünü sil, Vətən oğlu,ayağa qalx!
Üfüqünə bir yaxşı bax.Sərhədinə bir yaxşı bax.Sərhədinin kəməndinə bir yaxşı bax!Dur, içindən qorxunu boğ,Ölümünlə, qalımını ayırd elə.Dur, içindən qorxağı qov,Dur, özünü Bozqurd elə!Bir səsindən min səs dinər,Neçə-neçə daşa dönmüş dinməz dinər!Oddan bitər, qandan bitər əyilməzlər!Mərd oğullar mərdliyilə öyünməzlər!Torpaq altda ölümlüyə gömülməzlər.Varım, yoxum, səninləyəm,Azım, çoxum, səninləyəm,Şirin yuxum, səninləyəm.Yıxın məni söz atından,Atın məni tank altına.Əzin məni xıncım-xıncım,Kəsmir əgər söz qılıncım,Didin məni didim-didim,Atın məni tank altına.Qundaqdakı bir körpənixilas edim.Neçə «səni», neçə «məni» xilas edim.Səninləyəm,Sözü qəmli, özü dəmlirəhbər adam!1918-də vuruşurdu,Danışmırdı rəncbər atan,rəncbər atam!Səninləyəm, haqq-ədalət, səninləyəm,Milli qürur, milli qeyrət, səninləyəm!Səpil quma, göyər yerdə, bit qayada,Gizli nifrət, açıq nifrət, səninləyəm,Oyat bizi, ey yaradan, səninləyəm!Ya bilmərrə yatırt bizi,Ya bilmərrə oyat bizi,Ya yenidən yarat bizi,Ey yaradan, səninləyəm,Səninləyəm, yatmış vulkan,Səninləyəm!Ayağa dur, Azərbaycan,Səninləyəm!
19 mart 1992
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-ayaga-dur-azerbaycan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
Əzm eylə diyar-ı ŞirvanıQət eylə rəh-i Azərbaycanı
DağlarZinəti nərgizdən, tər bənövşədən,Al-yaşıl geyinib şad olan dağlar.
Naxçıvandan bir nəfər dostumaÖzgələr dərs oxuyur, alimi-ferzane olur,Özünə, millətinə qövli-həkimanə olur,
ŞükürlüyükTorpaq milyon illər yaşayar, susar,üstündə hər nə var qoynuna gedər.