Köçəri
Sən də köçərisən, mən də, bilirik,Deyən yox özünə: «yazıq köçəri».Göyün dilmancıyıq, yerin diliyik,Hazır yır-yığışı, hazır köçəri!
Haqqa ağ olana ağ olmaq azdı,Vaxtsız həkimləri qayadan asdı.Ölümün qəbrini ölümə qazdır,Desinlər yolunu azıb köçəri!
«Başına ələdik dürr» – deməsinlər,«Nə səmtə hür desək – hür» deməsinlərHər nə desələr də, bir deməsinlər:Qəbrini ölməmiş qazıb köçəri!
Qucaqlar dünyanı, dünyanı duymaz,Tamahı, qərəzi, qəsdi uyumaz.Ərzi yığ gözünə, ay gözüdoymaz,Əlləri dünyaya açıq köçəri!
Araz and içməyi bacarmayana,Arazı keçməyi bacarmayana,Bir qəlbə köçməyi bacarmayana,Bir kəlmə söz yazıb,Yazıb: «Köçəri»...
24 iyul 1986
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-koceri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dostum İsaya*Tikanlı yazılar yazdığım yetər,
Yalançının evi yandıYalançının evi yandı göz qabağında,Hamı baxdı, hamı gördü,
Vəfalıya can qurban...«Vəfasız atar gedər»*Heç bilmirəm kimdi yazan, kimdi oxuyan?
Meymuna əl çalmaq öyrədən uşaqMeymuna əl çalmaq öyrətmə, balaO bir gün özünü oyada bilər.