Bu gün neçə ünvan düşdü yadıma,Neçə itik güman düşdü yadıma,Yaman günlər yaman düşdü yadıma...Tufan olum, gədik aşım, qar açım...«Qaraçı» çal, «Qaraçı» çal, «Qaraçı».

Bir sel oldum – çapıb keçdim dərədən,Bir yel oldum – ovum keçdi bərədən.Yolçu qardaş, yolunu sal bəridən;Ulduzları məclisimə harayçı –«Qaraçı» çal, «Qaraçı» çal, «Qaraçı»...

Şair, qoyma bu gün qəzəb qol aça,Dağlar uçar – dümsələsəm qolayca,Günəş bu gün yer üzündə qalayçı...Aşıq qardaş, alova düş, qara çıx,«Qaraçı» çal, «Qaraçı» çal, «Qaraçı»...

Oktyabr, 1972

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов