Göydə ulaşırdı qurdum bəlkə də,Haqqın dərgahıydı yurdum bəlkə də,Bir damla ilahi nurdum bəlkə də,Gəldim, bu dünyanın toruna düşdümNə uzaq anladı, nə yaxın məni,Buraxın məni.

Tordu bu dünyanın əzəli, tordu.Şöhrəti, şəhvəti, gözəli tordu.Nə varsa, köhnəli, təzəli tordu.Yaşamaq əlindən tora düşmüşəm,Göz verib, gözündən tora düşmüşəm,Söz verib, sözündən tora düşmüşəm,Ürəyim nə yerə, nə göyə sığmaz,Qəfəsə, geybətə, gileyə sığmaz.Bəlkə aradığım ünvan səhv düşüb,Bəlkə gələcəyim zaman səhv düşübTutup bu dünyanın günahı məni,Buraxın məni.

Gördüm ləzətini hər iki yanın,İki söz arası qalan “və” sizin.Dərdim ürəyinə yalan dünyanınAd sizin, san sizin, vəzifə sizin,-Buraxın məni.

Soldu cavanlığın bahar paltarı.Gəlib qocalığın məzar paltarı...Çıxarın əynimdən bu dar paltarı,-Buraxın məni.

Ürəyim dönəndə göy göyərçinə,Qara daş düşəndə doğduğum günə,Bıraxın, fələyin gedim xərcinə,Buraxın məni.

Qələmim-durnalar salan lələkdən,Kəlamım-yuxuma gələn mələkdən.Mən özüm özümü açdım bələkdən,Buraxın məni.

Qoy gedim, ünvanım dünyada qalsın.Qayıtmaq gümanım dünyada qalsın.

Qalsın, yarıcanım dünyada qalsın,-Buraxın məni.

Yaşamaq döndüsə vərdiş olmağa,Qəm günə çevrilib, dərd iş olmağa.Məni qoymadınız dərviş olmağa,-Gördüm tutduğunu bir ahın məni,Buraxın məni.

Yetər, ayağımdan dartdınız, yetər.Yetər, ətəyimdən çəkdiniz, yetər.Kimə qohum olub, qardaş olmağım,Kimə dost olmağım, sırdaş olmağım,Kiminsə başına bir daş olmağımKiminsə gözünə girdiyim yetər,Qalsın görəcəyim, gördüyüm yetər...Bir anlıq ayırın qulagı səsdən,Ömrü yaşamaqdan, qəlbi həvəsdən...Bu dünya qəfəsmiş—dünya qəfəsdən,--Buraxın məni.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов