Yollarda yorulan arxada qalarAmma inadından dönməz yoxuşlar.Yumurta qabığı yuvada qalarÇıxıb gələcəyə uçanda quşlar...

Bizə gün doğursa sabaha yaxınEşqin anasımı deyək gecəyə.Külü keçmişlərə qoşar ocağın,Tüstüsü “gəl” deyən bir gələcəyə...

Yaz gəlib keçmişin yadına salarGizli sevgisini torpaqla dənin.Salxım çiçəkləri budaqda qalarƏtri gələcəyə uçar iydənin.

Gecəmi öyrənək girib yuxudanGündüz bu sualın cavabı yoxmu?Buxarmı daşlanır qaynayan sudan,Bədəndən göylərə ya da bir ruhmu?

Ağacın gələcək meyvəsi şirinKeçmişi tökülən çiçəyindədir.Tək bircə misrası qalan şairinƏli gələcəyin ətəyindədir...

Arının mənzili gələcəkdisə,Keçmişi gözləri dolan pətəkdi.Musanı dağlara çəkən nəydisəMəni də qürbətə o çəkəcəkdi...

Sular çağlamada gələcək deyə,Gələcək eşqiylə göyərmədə dən.Çıxdınmı, dönməyə yol yox geriyəBağışla, yumurta qabığı,vətən...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви