Təbriz...Hava qaralır,qaz lampalar alışır.Kimi öz yuvasına çəkilməyə çalışır,Kimi “Şirü-xurşidə” keçib gedir xumara;Kimi ümumxanaya, kimi gedir qumara.Yoxsullarsa evinə qəlbi pərişan gedir,Getdikcə yazıqların ürəyindən qan gedir.Təbriz...Günəş çəkilmiş,axşam çağıdır yenə,“Şirü-xurşid” ətrafa ətir dağıdır yenə.Ağ süfrələr üstünə düzülmüş piyalələr,Elə bil ki, açılmış qərənfillər, lalələr.Abico, şampan, araq, hər çeşid nazü-nemət...Ürəyində qəzəb, kin baxırsan həsrət-həsrət.Bu xuruşlar, yeməklər dehqanındır, bilirsən.İçilən şərab deyil, al qanındır, bilirsənXanəndə qız oxuyur tarzənlər tar çalır,Bəlkə də sənətkarın ağır dərdi var, çalır.Ağalar mey nuş edir, danışır, gülüşürlər,Bəlkə yazıq İranı yenidən bölüşürlər.Bəlkə də eləyirlər yenə şirin ticarət,Yox, yox, onlar eləyir sənin haqqını qarət!Sənsə durub qapıda qaloş, palto alırsan,Qarşılayıb gələni dalğın yola salırsan.Keflənib gedənləri... neyləyəsən, nə çarə?!Karxanadan atdılar bu il səni kənarə!..Çox dolanıb gəzmisən, körpələrin ac qalıb,Girmisən bu xidmətə axır, naəlac qalıb,Gəlsinlər aşxanaya ağalar, əcnəbilər,Onlar sənin dərdini nə anlayar, nə bilər?Zahirən dolanırsan mülayim, ehtiyatla,Fəqət barışmayırsan bilirəm bu həyatla.Bu gün palto asırsan, deyib ürək sözünüSabah bu ağaların asacaqsan özünü!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О вине