Mənimdir
Mənimdir bu qızıl sünbüllü düzlər,Mənimdir bulaqlar, göllər, dənizlər.Vətən göylərində tərlan deyil o,Könlüm qanadlanıb yurdunu gözlər.
Başı ağ cunalı dağlar mənimdir,Bu şirin meyvəli bağlar mənimdir,
Mənimdir azadlıq, bir də səadət,Mən ağ gün sürməyə etmişəm adət;Mənim varlığımdan gözəl fəsillərDolanıb keçdikcə alır təravət.
Bu şərəf, bu izzət, bu şan mənimdir,Bu şanlı, şövkətli dövran mənimdir!
Mən öz Vətənimdə, özüməm ağa,Qəlbimi vermişəm qızıl bayrağa;Yeri mən əkirəm, biçən də mənəm,Sahibkar özüməm varlı torpağa.
İnci özümündür, gövhər mənimdir,Bu fəcri al geyən səhər mənimdir!
Vermərəm cənnətə odlar yurdunu,Mən əzəl yaşımdan sevmişəm onu.Kim baxarsa ona kəc, bir gün beləŞərəfsiz olacaq ömrünün sonu.
Tükənmək bilməyən qüvvət mənimdir,Dünya məclisində hörmət mənimdir!
Mənim Vətənimdə insan azaddır,Söz azad, saz azad, vicdan azaddır.Gedirəm vüqarla əbədiyyətə,Qurduğum bəxtəvər dövran azaddır.
Bu qanun, bu hüquq, bu haqq mənimdir,Yellənən o qızıl bayraq mənimdir!
Görünən dağ deyil, öz vüqarımdır,Çaylar sevincimdir, arzularımdır.Asayiş deyilən o gözəl pəriAşiqi olduğum ilk dildarımdır.
Mənimdir o gözəl, o yar mənimdir,Əhdi-peyman mənim, iqrar mənimdir!
Qismətim sevgidir, şirin diləkdir,Vətənim hər fəsil güldür, çiçəkdir,Ömrümü verdiyim qoca dünyadaYaratmaq, yaşatmaq, gözəl əməkdir.
Bu gülzar, bu gözəl gülşən mənimdir,Bu odlar diyarı vətən mənimdir!
Mən şərəf sayıram azad zəhməti.Yurdumun tükənməz varı, dövləti;Qoymadım, qoymaram düşmən aparsınVətən mülkündəki sonsuz neməti.
Bu dövlət, bu sərvət, bu var mənimdir,Gələcək mənimdir, bahar mənimdir!
Çiçəklən ey gözəl Azərbaycanım!Bakı, sənsən mənim şövkətim, şanım,Düşdüm ağızlara dünya boyuncaQanımla yazdığım zəfər dastanım.
Ay mənim, gün mənim, ülkər mənimdir,Gələcək mənimdir, zəfər mənimdir!
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-rahim-menimdir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yenə gülşəndən ötüb gözləri afət keçdi.Yenə şahanə xuram etdi, qiyamət keçdi.
Biri sənsən, biri mənGözəlim, tər qönçəsən göy yarpaqlar içində,Bərabərin tapılmaz yaşıl bağlar içində.
RübailərDedim vətən adlı bir işvəkara:“Bu nədir geymisən yenə al, xara?
Qız, xaliqin öləydiSaldı qara gözlərin neçə aşiqi bəndə,Qız, xaliqin öləydi səni xəlq eləyəndə,
Стихи других поэтов · О природе
Bahar gəlir, nə qədər sevimlidir bu bahar,Azadlıq, bu baharda sənə ümidimiz var!
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
DağlarEy ağalar, tərk-i vətən olmuşamİtirdim Qəndab təki maralı dağlar
Nə kövkəbdir bu, ya rəbb kim, Gün əşdən nuri rövşəndirNə kövkəbdir bu, ya rəbb kim, Gün əşdən nuri rövşəndir,Nə qəbqəbdir ki, ətrafı gülü reyhanü gülşəndir.