Ev adları
Bakıda böyük evlərin və həmxanaların idarəsi ki, rusca ona “ciltovarişstroy” deyirlər. İndi bu saat böyük çətinliklərə düşüblər ki, aya evlərə nə ad qoyaq?
Çünki komunxoz da evləri verib həmxanaların ixtiyarına. Həmxanalar da özlərinə heyəti-müdiriyyə seçiblər. Bunlar da komunxozların qərarına görə gərək idarə etdikləri evə ad qoysunlar.
Bir para ev idarələri hər nə ki, zehnlərinə gəlir o adı da kora-şilə qoyurlar. Amma komunxozların qərarına görə gərək təzə seçilən ad elə ad ola ki, bir belə ad ayrı bir evə qoyulmuş olmaya.
Odur ki, indi bir növ çətinlik vaqe olub. Çünki Bakıda neçə-neçə böyük evlər var ki, onların haqq-hesabını bəlkə heç kəs bilməz.
İndi bu saat “ciltovarişstroy” idarələrində böyük məsləhətməşvərətlər qurulmaqdadır. Bir para idarələrin qoçaq müəllimləri dinməz-söyləməz hərə öz familiyalarının baş hərflərini bir yerə cəm eləyib bir valenyuk düzəldiblər. Amma qeyri-müdirlər kora zehinlikləri səbəbindən lap mətəl qalıblar. Necə ki, dünən Zinoyev küçəsində 57 nömrəli evdə bir mərəkəli yığıncaq var idi. Aya evə nə ad qoymaq?
Bəs, ev idarələrini belə bir çətinlikdən qurtarmaq üçün biz “Molla Nəsrəddin” idarəsi tərəfindən bir neçə ev adı düzəldib, təklif edirik ki, bu adlar hansı evə yaraşar və oxşasalar həmin adı qoysunlar.
Məsələn: Həmən Zinoyev küçəsindəki beş və yeddinci nömrəli evə bir belə ad qoymaq olar. Məsələn:
“Qarət”. Bu adı bu evə biz o səbəbdən münasib görürük ki, hər kəs bu evin tarixindən xəbərdardır, o bilir ki, bildir yox iniş il həmin ev torpaq-meşə soyuzunda olan zaman bu evin bir neçə qoçaq müdiri evin taxtapuş dəmirini, qarını və qapılarının qıfıl həncamalarını və evin daxı da qeyri bir dəyərli şeylərini təmir bəhanəsi ilə xəlvətcə satıb, pullarını... o söz.
Sonra qeyri böyük evlər üçün biz yenə cürbəcür ad təklif edə bilərik:
Köhnə poçta küçəsindəki 64 nömrəli böyük evə ad qoya bilərik: “Üfunət”. Bu adı yaxşı olardı yazdırıb, dalandakı zibil qutusundan asaydılar ki, zibili orada bu ilədən gələn ilə kimi aparıb atmağa macal tapılmır.
Qeyri evlərə də belə-belə adlar yaraşar:
Xaraba, kəsalət, zibil dağarcığı, qoxumuş balıq, karvansara, damcıxana, qoyun yatağı, məxrubə, silodka buxçası, ac həriflər və qeyri...
Yenə lazım olsa, yazarıq.
Lağlağı
“Molla Nəsrəddin”, 3 yanvar 1925, №1, səh. 5
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-ev-adlari
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sənə Şuşaya və Ağdama kağız yazmışam. Amma çoxdandır ki, səndən kağız almıram.“Yeni yol” Komitəsində işləyən cavan yoldaşımız Bəhramov indi Qarabağa yola düşür. Bir neçə gündən sonra qayıdıb gələcəkdir. Əgər onunla Bakıya gəlməli olsanız, sənə can-başla kömək edər.
Həmidə! (16 oktyabr 1923)Bir az bundan əvvəl sənə yazmışdım. Sonra sənin Midhətə məktubun və Müzəffərin yenə onun adına məktubu gəldi. Çatmayan divar kağızlarını srağa gün poçtla yola saldım. Alətlərə gəldikdə, daş yonmaq üçün alət də poçtla göndərildi (onu Teymur ucuz qiymətə aldı, qonşumuz Qrişa deyir ki, bekara şeydir). Yaramasa, təzəsini, daha yaxşısını göndərərəm. Alətlər, azı, 50 manata başa gələcək, onları mən tədricən alıb göndərərəm, hamısını birdən göndərə bilmərəm. Çünki təzə dərs ili başladığına görə dörd məktəbli uşağın işini yoluna qoymaq, onlara paltar, çəkmə, dərs kitabı almaq, yeməklərini düzəltmək, oxumaq xərclərini vermək mənim üçün asan deyil (təkcə Ənvərin xərci 40 manat eləyir).Bu qanqaraldan şeyləri sənə yazmaq istəməzdim; xüsusən ona görə ki, sizin də kənddəki dolanacağınız çox asanlıqla keçmir. Buna baxmayaraq, sən gərək fikir çəkib ruhdan düşməyəsən, çünki bir balaca bərkə düşsən, dərhal mən buradakı var-yoxumuzu səninlə bölməyə hazıram. Axı, bu müvəqqəti haldır. Burada da darısqallıqdır, orada da, sənin yanında da; burada da, orada da elə ürəkaçan bir şey yoxdur. Mən, Midhət və Ənvər imkan tapan kimi necə olur-olsun Kəhrizliyə baş çəkmək həsrətindəyik.
Həmidə! (28 noyabr 1923)Uşaqlar hamısı sağ-salamatdır və heç azarladıqları olmayıb. Təkcə Teymur hərdən yüngülvarı qızdırır. Bizlərdə heç bir yenilik yoxdur. Bu gün poçtla Müzəffərin adına bir qutu şey yola saldım:1. Bir cüt çəkmə, Nina özü üçün sifariş vermişdi. 2. Dörd cüt yaxşı corab, bunlardan iki cüt isti corab sənin, iki cüt şəffaf corab – Münəvvərin. 3. İki parça əl-üz sabunu. 4. İki paçkada 10 girvənkə xüsusi sifarişlə gətirilmiş seçmə çay (yarmarkadan tanış bir İran taciri gətirmişdi). 5. Bir paçka kakao. 6. İki girvənkə Moskva konfeti. 7. İki paçka açıq ingilis çayı və beş dənə limon. Qutuda, deyəsən, Ənvərin məktubu da var.
Əzizim Həmidə! (18 dekabr 1923)Nina Antonovnanın əri Rzayev mənə dedi ki, sən Qəmərlə (Əlişin qızı) Bakıya gəlməyə yığışırsan. Uşaqlar çoxdan səbrsizliklə gözləyirlər. Burada havalar yaxşı keçir. Uşaqlar qiymət vərəqələrini gətirdilər, bütün dərslərdən yaxşı qiymət alıblar. Ancaq Midhət alman dilindən geri qalır. Onun üçün köməkçi müəllim axtarıram. Velosiped uşaqlara ləzzət verir, Ənvərin isə öz xizəyi vardır. Uşaqların hamısı artıq velosiped və xizəkdə gəzə bilir.Rzayev, Münəvvərin xəstəxanaya təyin olunması barədə kağızı gətirir, amma Münəvvər xəstəxanada müvəqqəti təcrübə keçməlidir.
Стихи других поэтов · Сатира
Мир усердьем удивив, ты ушла вперед теперь.Ляг, укройся, отдохни ото всех забот теперь!
Dedilər gərçi mülki-İranəDedilər gəıçi mülki-İranəAçdı məşrutə bir təriqi-nəcat,
Var mülki-Qarabağda çox dun köpək oğluHüseyn bəyi həcv*Var mülki-Qarabağda çox dun köpək oğlu,
Hürriyyəti-nisvançılara protestoAy Baba! Gör Bakı, Şirvan, Quba alimlərini,Yığılıb boykot edirlər Ufa alimlərini.