Həmidə! (1929)
Sənin ikinci dəfə yazdığın kağızı aldım və həmin gün Azərbaycan MİK-ə ərizə verdim. İndi sənə Azərbaycan MİK-ə yazılmalı olan müxtəsər ərizənin formasını göndərirəm ki, özün öz əlinlə (əgər bacarsan) yazasan, yaxud başqa bir adama yazdırıb bu ünvana göndərəsən: Bakı şəhəri, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə (zərfin üstünü rusca yazmaq olar). Məktubu poçta verdiyin günü mənə xəbər ver ki, bilim və nə lazımdır eləyim. Sənin səsin sənə qaytarılacaq. Amma sənə məsləhət bilirəm ki, bu barədə heç kimlə bir kəlmə də olsun danışmayasan.
Müzəffər uşaqlara yolpulu göndərib onları bayram üçün kəndə çağırmışdı. Lakin Midhət gedə bilmədi. Ənvəri isə mən tək buraxmadım. Pulu məndən yarıbayarı alıb özlərinə xırda xərclik eləyirlər. Bu gün sənə 40 manat göndərilmişdir. Hələlik, salamat qal.
Cəlil
Uşaqların hər ikisi mənə çox yaxşı baxırlar və hətta mənim gecələr gec gəlməmək barədə sözüm Midhətin qulağına girib.
C.
“Urus Əhməd bəyin qızı” ifadəsini mən qəsdən yazdım (Ağamalıoğlu bilir ki, sənin atana nə üçün “urus” adı veriblər). Əgər ərizə yaxşı yazılmasa, onda elə buna qol çəkib zərfə qoy.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-hemide-1929
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Səlyanda müəllim cənablarına:Yazdığın dörd səhifə məktubu çap eləsək, dəxi bizim özümüzə növbət qalmaz, halbuki, bizim özümüzün yazmağa sözümüz çoxdur.
“Əbvabül-cinan”“Xüruci-Dəccali-ləin vəqti xahəd bud ki, mərdüman bazənan dər kar məşvərət könənd…”.Bu sözlər yazılıb “Əbvab” kitabının əvvəlinci cildinin 73-cü səhifəsində və mənası da budur ki, Dəccalın xürucu o vaxt olacaq ki, kişilər övrətlərlə məşvərət eləyələr.
QonaqlıqŞamaxı realnı məktəbinin direktoru Leontiyef buradan dəyişilib özgə şəhərə gedir.İndi hamının fikrinə gələ bilər ki, görəsən, bundan soraya Şamaxıya təzə təyin olunan direktor müsəlmanlar ilə nə cür rəftar edəcək?
MöcüzəƏgər birisi yuxuda görsə ki, Osmanlıda məşrutə elan olunub, - bunu ağıl kəsər.Amma həqiqətdə Sultan Həmidin qoxumuş idarəsinin bir günün içində çönüb məşrutə olması möcüzədir.