Sağ-salamat gəlib çatdıq. Midhət avqustun 16-sından alman dili dərsinə getməyə başlamışdır. Blaqovidova da qayıdıb gəlib və Midhətin dərslərinə rəhbərlik edir.

Bura çox istidir. Mən iki gün Buzovnada qaldım və dənizdə çimdim. Fikrim var Midhəti də iki günlüyə oraya aparım. Elə yaxşı olar, yolda o, Sabunçunu, Balaxanını, Ramananı (neft aləmini) da görər.

Təzə bir xəbər yoxdur. Lida hələlik, ancaq Münəvvərin paltarını tikib qurtarıb, qalanlarını gözləyirəm. O ləng tikir.

Midhətlə birlikdə fayton üçün açar axtarırıq, tapan kimi göndərərik. Leyliyə məndən salam söylə və de ki, Şuşadakı qonaqpərəstliyi və hörməti üçün ondan çox razıyam. Hələlik mən onun üçün bir şey eləyə bilmərəm, çünki bütün məktəblər və klublar bağlıdır, müdirlər bağa gediblər. İmkan olan kimi vədimə əməl eləyəcəyəm. Amma belə güman edirəm ki, özü burada olmasa, iş aşmayacaq.

Hamıya salam. Ənvəri öpürəm.

Cəlil

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов