Səfeh şamaxılı vətəndaşa ərz olsun ki, Şamaxının quraqlıq xəbərini yuxarıdakı məqalədə oxuyub diltəng oldum. Həqiqətdə də gör nə bədbəxt əsrə gəlib çatmışıq ki, göydən bir qətrə yağışın üzünə həsrət qalmışıq və nəinki Şamaxı, habelə Qarabağ, İran və Naxçıvan və Tiflis və Kars mahalları quraqlıqdan yanıb közə dönüblər. Amma hanı o keçən günlər, o səadətli zamanlar ki, fazillərimizin mübarək vücudlarının varlığından nə quraqlıq tanırdıq, nə qeyri bir belə bədbəxtliklər üz verərdi.

Niyə, nədir bunun səbəbi?

Əlbəttə, səbəbsiz deyil, burada söz yox ki, bir hikmət var, yəni vallah heç hikmət də yoxdur. Əsl mətləb buradadır ki, qardaş, vallah yer üzünü bədəməl və binamaz bürüyüb; xalq hamı dönüb şeytana, məlunə. Dəxi Allah-taala nə eləsin? O da baxıb görür ki, cəmi-məxluqat bicləşib: nə müsəllaya çıxan var, nə düa-səna edən var. Yəni eləsələr də, nə mənası? Çünki müsəllanın öz şərt-şürutu var.

Həqirin bu sözlərinin sübutu üçün götürün Səmərqənddə çıxan “Hürriyyət” qəzetini və dördüncü və beşinçi nömrələrində çap olunan fazili-muxtar Hacı Mirzə Bərat Mirzə Muradzadə təbibin müqəddəs məqaləsini nəzərinizdən keçiriniz və görünüz ağa nə yazır. “Yeki əz bəradərani-dini göft ki, çənd məratibə becəhəti-baran və düayi-baran ba cəmaeyi-müslimin rəftim, düaha beicabət nərəsid, bexatiri-həqir həmin məsələ nifaq xütur kərd. Hekayəti-qəti-baran dər zamani-həzrət Musa əleyhüssəlam və tələbi-baran-nümudəni peyğəmbəri-xüda səlləllahü-əleyh və alihi və beicabət nərəsindəni-düayian həzrət besəbəbi-yeknəfər nəmmam, yəni süxənçin bud ki, hekayəti-an inəst.

Dər zəmani-həzrəti-Musa səlləllahü-əleyh və alihi sali baran nəyaməd. Cəmaeyi-israiliyan amədə, ərz kərdənd, həzrəti Musa bəxəvasi-əshabi ruzə, nəmaz, istisqa və düayi-istisqa nümud, baran nəyaməd. İstiqasə bədərgahi-ilahi nümud. “ilahi! Məra kəlimi-xud xandi. Ru bədərgahi-tö avördəm. Məra məyus nəkon. Xitab rəsid ki, ey Musa, dər miyani-in cəmiət yek nəfər münafiq və nəmmam həst, ta ura birun nəkoni düayi-tu müstəcab nəxahəd şod. Pəs ma biçarəgan bein həmə nafərmani və in həme nifaq və süxənçini, mixahim düayi-man müstəcab şəvəd. İn nist məgər əz tərki-əmr beməruf və kəsrəti-nifaq... “

Bəs, əzizim, Səfeh şamaxılı, bir gör ağa nə yazır: bizim bədbəxtliyimiz özümüzdəndir; ondandır ki, içimizdə nəmmam çoxdur, çoxdur, çoxdur; qardaş, çoxdur, yoxsa içimizdə nəmmam [...] duamızı eşidib hər nə istəsən bu gündən sabaha qoymayıb göndərər. Yağış istəsən–yağış göndərər, qar istəsən–qar göndərər. Ancaq işləri xarab edən o haramzada nəmmamlardı ki, müsəllamızı xarablayırlar. Yoxsa sən demə ki, indiki əsrdə Mirzə Bərat kimi fazillərimiz baha pula alınan kağızlarımızı belə-belə moizələrlə doldurur.

Yox, yox, bizi mədəni millətlərdən geri qoyan fazillərimiz deyil, onlar qara camaata ilqa edən belə-belə qış kürsüsü nağılları deyil, ancaq müsəllaya çıxan camaatın içində gəzib dolanan münafiqlərdir. Dəxi bundan başqa özgə bədbəxtliyimiz yoxdur.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 12 may 1917, № 12

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Kəmənd

E... e... e... Ay gözünə dönüm ovçu, sərvəqt ol, yaxşı fürsətdir, kəməndi əlində hazır saxla; çünki bir parə dinsiz cavanlar məşədi və kərbəlayı balalarını çaşdırıblar, yoldan çıxarmaq istəyirlər və bəlkə də çıxarıb qurtarıblar. Kəməndi hazır et, bəlkə dinsizlərin əlindən qurtarıb qaçan “xam”ları bir “fənd”lə kəməndə salıb öz mübarək dininə tabe edəsən...Hərif meydanda özünü tək görüb meydan suluyur. Bəli, şuraçılar müsəlman cavanlarının əqidələrini xarab etdilər, möminlərin övladını ata-baba imanından bir qədər kənar saldılar, behiştlik hacı balalarını rus və erməniyə oxşatdılar, pak etiqada rəxnə yetirdilər və xülaseyi-kəlam, behiştlikləri huri vətənindən soyutdular, müqəddəsləri ruzi-rizvan həvəsindən saldılar, cənnət eşqinin ləzzətini götürdülər, firdövsün kövsər suyunu dandılar və yavaş-yavaş, beləliklə, o yerə gəlib çatdılar ki, indi az qalıbdır müsəlman qardaşlar şəkk gətirsinlər ki, – nəuzübillah, bu nə sözdür, bu nə əfsanədir, – Allahdan icazə olmayınca və “Camei-Abbas” rəva görməyincə insan heç bir yerə qədəm qoya bilməz, o heç bir işi başlaya bilməz və hətta-dilim qurusun-filan yerə gedəndə də çox-çox şəriət və qanuna tabe olmalıdır və ilax...

2 мин
Ağac

Ağac çox gözəl bir şeydir. Ələlxüsus yayın istisində ağacın kölgəsi gözəl nemətlərin biridir. Məsələn: Gəncə, Tiflisdə Müştəhid bağı (canımsan a Bakı!).Amma Şuşa qalası, doğrudur, yay fəslində bimisl bir yerdir. Amma hayıf ki, indiyə kimi ağacı yox idi. Çünki şəhər dağın təpəsində düşüb və bu nainsaf su bilmirəm niyə aşağıdan yuxarı getmir. Onun üçün də Şuşa qalasında indiyə kimi küçələrin heç birində nə arx, nə kölgə verən ağac olmazdı.

1 мин
Mətbəələr

Qəzetlərdənİnşallah, bəlkə axırda hamı təngə gəlib yuxudan ayıla və görə ki, mətbəə baş idarəsi qəzetçilərin və kitabçıların başına nə iş gətirir.

1 мин
Müəllim

Rus dilində nəşr olunan Bakı qəzetləri “müəllimlər” məsələsini ortalığa qoyub danışmaqdadırlar ki, yəni indi yay daxil olur, sonra da payız gələcək, bəs, lazımdır indidən bu fikirdə olaq ki, payızda müəllimlərimiz hamı öz yerində olsun və qulluqdan Quba meydanına qaçmasınlar.Bu rus dili məktəbləri müəllimləri barəsindədir.

1 мин

Стихи других поэтов