Məktəbdə çarşab, yaxud çarşabda məktəb
Səkkizinci şura məktəbinin qızları (başqa məktəblər hələ qalsın) nə qədər ki, birinci, ikinci və üçüncü sinifdədirlər, evlərindən məktəbə və məktəbdən evlərinə başıaçıq və dizətək ayaqları açıq gedib gəlirlər (necə ki, sair millətlərin qızları).
Amma elə ki, dördüncü sinfə ayaq basdılar, ta yeddinci sinfi qurtarana kimi məktəbə çarşablı gəlib gedirlər.
Burada tək bircə məsələ var ki, yaraşar onun üstündə bir qədər dayanıb söhbət etmək.
Əgər Təzəpir məhəlləsinin avam arvadlarını biz küçədə başı çarşablı və üzü örtülü görürsək, biz deyirik ki, onlar üzlərini naməhrəm kişilərdən gizləyirlər ki, şəriət qanunu mövcibincə günaha batmasınlar.
Amma şura məktəbinin heyət, cəbr, nücum və tarixi-təbii dərslərini keçən qızların başında çarşab görəndə biz gərək daha burada çarşabın vücudunu etiqada əlaqədar tutmayaq; səbəb bu ki, daha dünya elmləri ilə ziyalanmış qızlar cəhənnəm oduna inanmayalar gərək; necə ki, inanmırlar.
Belə də olan surətdə biz haqlı oluruq bekar oxucularımıza bir neçə sual verməyə:
Birinci, yuxarıda adları zikr olunan məktəb qızları nə qəsdlə dərsə gəlib gedəndə çarşablı gəlib-gedirlər?
Yəni, nə elə bir iş vaqe olur ki, o qızlar on üçdən on dördə keçəndən sonra burada nə bir dəyişiklik mələ gəlir və belə qızlar çətin-çətin dərsləri oxuya-oxuya bunları nə bir amal və arzu gəlib tapır ki, küçədə özlərini yetişmiş müsəlman arvadlarına oxşatmağa şüru edirlər?
Hər kəs bu suallara cavab versə Gəncədən fırıldaqçı Kaqanoviçdən, bədhəq Hamayak Mayılovdan və Naxçıvanda bunlara oxşar bir Allah bəndəsindən çoxdan bəri gözlədiyimiz Mollanın haqq-hesabından o kəsə böyük bir hədiyyə göndəririk.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 18 oktyabr 1928, №42
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-mektebde-carsab-yaxud-carsabda-mekteb
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məqaləniz gəlib çatdı. Bir para yerini təshih edəndən sonra çap edərik. Yazırsınız – paranı necə göndərmək? Lazımdır poçtxanaya pulu sayıb vermək və perevod ilə yoxsa, paket içinə qoysanız biqanun olar və yolda pul tələf olar.Və bir də xahiş olunur bir adam təyin edəsiniz bir neçə məcmuə və balaca kitabçalardan göndərək satılsın. Cavab gözləyirik.
Möhtərəm yoldaş! (27 yanvar 1926)Keçən il fevral ayında sizin isminizə çatdırmaq üçün beş ədəd “Ölülər” kitabçası göndərildi. İndi sizdən xahiş olunur satılanların pulunu, satılmayanların özünü göndərəsiniz (25 faiz, əlbəttə, çıxılmaqla).Qaldı kitabçalar söhbəti: noyabr ayında iyirmi beş (25) ədəd “Sirkə”, dekabrda 25 “Molla Fəzləli”, yanvarda 25 “Baqqal Məşədi Rəhim” və 25 “Şer bülbülləri” göndərildi. Bəlkə də bu zəhmətlər sizin üçün əlverişli deyil, amma ümidvarıq ki, bunu siz maarif naminə vəzifə hesab edib və bu zəhmətə qatlaşıb mürur ilə kitabçalardan satdırasız və həmçinin pullarını öz vaxtında göndərəsiniz.
Müzəffər! (31 may 1926)Mən Şuşada mənzil tutmaq barədə sənə yazmışdım. Birtəhər Şuşaya gedib, ikiotaq kirayə elə. Çox güman ki, bu yay mən Qarabağa gəlməyəm. Süleyman Əmirxanovun evinə bir də düşməyəcəyik. Odur ki, Şuşada iki otaq tutmayınca uşaqları göndərməyəcəyəm, onların Kəhrizlidə işi yoxdur.Münəvvər necədir? Onun üçün məst göndərəcəyəm.
Həmidə! (10 iyun 1926)Bakı*Dünən axşam uşaqlar getdilər. Yazmışam ki, Yevlaxda onların qabağına bir fayton gəlsin. Hər ehtimala qarşı Midhətə pul vermişəm ki, fayton gəlməsə, avtomobilə minib getsinlər. Yollarına hər şey qoymuşam, plaskart vaqona bilet almışdılar, yerləri çox münasib idi.
Стихи других поэтов · Сатира
(Siyahət xatiratımdan)Babacan! Guş elə əlan sənə bir hekayət edim ünvan ki, çıxar ortalığa sirri-
İranlılar deyir kiBunca qeyrət ki, biz etdik vətən uğrunda bu gün,Yarın İranımız, əlbəttə ki, bir babət olur;
SərxoşlarGəncə şəhəri və stasyonunda sərxoşlar gecə yoldan keçənləri rahat burakmıyorlar.*Əla ya əyyühəs-saqi dutub dünyanı sərxoşlar!
Gündəlik qəzetələrdə dərc olunan sözlər edirGündəlik qəzetələrdə dərc olunan sözlər edirHər tərəfdən hetərənlər-petərənlər elam,