Bəli, çarşab və papaq barəsində maarif komissarı yoldaş tərəfindən sadir olan qərarları oxuduq, məzmunundan xəbərdar olduq və məlum şeydir ki, maarif dairəsində xidmətdə bulunan qadın və “irkaklar” haman qərarda da tabe olmalıdırlar və olacaqlar da və eləyə də bilməzlər olmasınlar.

Bununla bərabər “Molla Nəsrəddin” idarəsinə axır vaxtlarda çoxçox məktublar daxil olmaqdadır və məktub sahiblərinin içində qadın yoldaşlarnan bərabər kişilər də vardır.

Məktub sahibləri idarəmizə müraciət edib yazırlar ki, xah çarşab və xah papaq məsələsi asan bir məsələdir və burada qadınların da və “irkakların” da təklifi müəyyəndir. Çarşab örtmək qadınlar üçün və papaq qoymaq kişilər üçün bilmərrə qadağan olunur, vəssəlam.

Ancaq çətin və həll olunmamış məsələlərin ən mühümü məscid məsələsidir. Yəni burası bəlli olunmur ki, aya maarifə xidmət edən qadınlar məscidə imam təziyəsinə gedəndə çarşablımı getsinlər, çarşabsızmı getsinlər? Və həmçinin maarif yolunda çalışan kişilər məscidə imam təziyəsinə gedəndə və orada meyit namazına duranda papaqlı olsunlar, ya şapkalı olsunlar?

Zahirən, bu məsələ bəlkə asan bir məsələ hesab oluna; amma bizə qalsa, bundan çətin məsələ yoxdur və aşkardır ki, maarif komissarı yoldaş bunu həll etməsə və hər kəsin öz təklifini özünə bildirməsə, maarif xadimləri bir növ zəhmətə düşəcəklər.

Bizə qalsa, biz belə təklif edə bilərdik:

  1. Maarifə tabe olan qadınlar məscidə gedəndə çarşablı getsinlər; yaxud çarşablarını qoltuqlarına vurub məscidin qapısının ağzında başlarına salsınlar; səbəb bu ki, imam təziyəsində ağlaşmadan sel kimi cari olan göz yaşlarını məhz on iki arşın çarşabın ətəkləri ilə qurutmaq mümkündür.

  2. Habelə, papaq məsələsi; insaf deyil ki, məsciddə meyit namazında iştirak edən maarif xadimləri kişilərdən tələb etmək ki, onlar əllərini qulaqlarına qaldırıb, mollalarla birlikdə “allahü əkbər” çağıranda başı şapkalı erməniyə oxşasınlar.

Budur bizim təklifimiz.

Məscid dedim – kilsə yadıma düşdü.

Bir ay bundan qabaq Qaraşəhərdə rus zəhmətkeşləri rus kilsəsini dağıdanda, mən getdim tamaşaya və gördüm ki, beş-on nəfər qoca rus arvadı kilsənin dağılmağına ağlaşırlar. Dedim:

– Niyə bu cavanlar Allahın evini uçururlar! Dedilər ki:

– Kilsənin yerində qiraətxana və xəstəxana tikmək istəyirlər – Dedim:

– Götürək Moskvaya Kalinin yoldaşa şikayət teleqramı göndərin.

Burada rus qadınları bir səslə mənə dedilər ki, biz bisavadıq.

İndiyə kimi bu söz mənim yadımdan çıxmır: indiyə kimi ha fikirləşirəm baş aça bilmirəm ki, aya səbəb nədir ki, kilsənin uçmağına ağlaşan rusların oxumuşları yox, rusların savadsız qadınları idi.

Bu sirri mən heç başa düşə bilmirəm.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 13 dekabr 1928, №50

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Altı milyon

Osmanlı qəzetləri yazırlar ki: “İstambul şeyxülislamı fitva verib Kərbəla mövqufatı satılsın və vüsul olan altı milyon manata Kərbəlada bir xəstəxana və Bağdadda bir darülfünün təsis olunsun”.Qəribə budur ki, qəzetlərimizin çoxusu bu xəbərə sevindilər və hətta “Bürhani-tərəqqi” belə yazır:

1 мин
Teatr

Təəccüb etməli işdir ki, hələ indiyə kimi eləyə bilmirik teatr işində də özgə millətlərə möhtac olmayaq.Hələ müsəlman xanımlarının səhnəyə çıxmağı qalsın kənarda; müsəlman qızına nə biz, nə də “İşıq” izn verir ki, teatr oyunbazlarının içinə girib səhnədə oynasın. Biz hələ kişiləri deyirik: Allahın kişiləri də teatrdan qaçırlar, oynamaqdan qaçırlar və bizi o günə qoyurlar ki, gedirik ruslardan, ermənilərdən yalvarıb artist gətiririk ki, bizə müsəlman teatrı çıxartsınlar.

1 мин
Zina

Hər adam istəyir hirsini yesin, dinməsin, insanı öz başına qoymurlar, dindirirlər.Yenə bir para ata-analarına lənət olmuşlar başlayıblar millətimizi çaşdırmağa, azdırmağa. Yenə bir para yeddi arxadan dönənləri tünbətün düşmüşlər qələmi murdar əllərinə alıb müsəlman qardaşları mədəniyyət aləminə dəvət eləyirlər, maarif yoluna çağırırlar, oxumaq və yazmaq dünyasına itələyirlər və bunun kimi bizlərə yaraşmayan əməlləri nişan vermək istəyirlər.

4 мин
Mustafabəy Əlibəyov

Bakıda çıxan “Nicat” qəzetinin 36-cı nömrəsi bu gün düşdü əlimə və istədim açıb oxuyam. Sağ tərəfdən müsəlmanca yazılıb: “İran vüqüatı barəsində”, sol tərəfdən rusca yazılıb: “Mustafabəy Əlibəyov həzrətlərinin tərcümeyi – halı”.Hansını oxumaq lazımdır? Əlbəttə, sağ tərəfdə müsəlmanca yazılanı. Ondan ötrü ki, mən müsəlmanam və bir də Mustafabəynən mənim nə alıb verəcəyim var; amma İran işlərini oxuyub bilmək mənə vacibdir.

3 мин

Стихи других поэтов · Сатира