“Millət” ləfzi İranda yoxdur. Nə qədər ki, qamusları vərəqlədim, nə qədər ki, camaat içində dolandım, – “millət” sözünü nə eşitdim, nə də bir kitabda gördüm.

O yerdə ki, lüğət kitabında gərək yazılaydı “millət”, orada “millət” əvəzinə yazılıb: “şəxs”. O yerdə ki, söz düşəndə gərək sözü danışıla – orada “əşxas” ləfzi istemal olunur.

Və məhz bu səbəbdəndir ki, bizlərdə millət qurquları şəxsi qurqular şəklində zühura gəlir, Milli işlərimiz əvəzinə şəxsi dəstgahlar peyda olur.

Bu söhbətin bir müxtəsər tarixi var.

Qədim əsrlərdə də belə imiş; yəni millət ibarət imiş bir şəxsdən, ya da bir neçə şəxsdən. Millət yox hesabında imiş. Ta ki, ortancı əsrlərin əvvəlində məşhur filosof Demokrit birinci dəfə olaraq söylədi: “millət”, “millət” və bəyan etdi ki, hər məmləkətin tək bircə sahibi var ki, onun adı millətdir.

Bir qədər vaxt bu söhbət yenə fəramuş oldu. Ta ki, miladi tarixinin min yeddi yüz doxsan üçüncü ilində yer üzünün ən nəcib millətlərindən hesab olunan Frəngistan camaatı yenə bir səs ilə dedi: “millət, millət!”.

Və bundan sonra Frəngistan millətpərəstliyi sayəsində yer üzündə çox-çox millətlər tərbiyə olundu, millətçilik və azadxahlıq bayrağı cəmi məmləkətlərə sirayət elədi və onların cümləsində biz də bir yüngülvarı hərəkətə gəldik. Və lakin bircə fərqi buradadır ki, biz dəxi istəmədik qeyrilərə təqlid edək, biz özümüz üçün məxsusi bir azadlıq fabrikası bina etdik ki, bu fabrikadan çıxan mal frəng və Avropa azadixahlığına oxşamasın, necə ki, məsəl üçün, şüşə karxanası ya ki, əba fabrikası. Bəs çünki Qərb mətaı ilə Şərq mətaı mabeynində həmişə bir fərq var, həmçinin Qərb azadixahlığı ilə bizim azadixahlığımızda haman təfavüt əmələ gəldi ki, biz azadlıq binalarımızın binövrəsini əşxas üstündə tikdik; millət üstündə tikmədik.

Onunçün bu onbeş ilin müddətində hər vaxt ki, özümüz üçün bir azadlıq binagüzarlığı istəmişik eləyək, – özümüzə öz içimizdən bir şəxsi sultan qərar vermişik və o sultandan izn hasil olmamış dinməyə və danışmağa ixtiyarımız olmayıb və bunun adını qoymuşuq azadlıq!

O ki qaldı, millət, – o da kənardan qalıb baxa-baxa; çünki kənardan baxmağa min-min illərlə adət edib.

Mən heç demirəm bu fabriklərin hansı yaxşıdır, hansı pisdir; hər kəsin meyli hansını çəkər, – onu qəbul elər. Buyur ağa, mərhəmətin artıq.

Əgər meylin çəkir, bunu götür, meylin çəkmir o birini götür; elə ikisi də fabrik malıdır. Ancaq bunu bil və eşit ki, məmləkət və camaat cəmi əfraddan ibarətdir, yoxsa o cızvızçı və dükançı, başmaqçı və kömürçü, o lüt bambılı qardaşları nəzərdən salıb, böyük əşxası özüvə büt qərar versən, sənin azadlıq fabrikanın mətaı qeyri millətlər içində o qədər rəvac tapmaz və axırda fabrikanı bağlamağa məcbur olub, məəttəl qalarsan. Onda dəxi məndən küsmə!

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 10 cəmadiyəs-sani, 1339 (20 fevral 1921), №1

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Şütüri-zəman

Bu axır vaxtlarda mən bazardan keçəndə görürəm ki, tək-tük bazar əhli qəzet oxuyur, bir-birindən soruşur ki, bu Almaniyadakı “şütürizəman”ın mənası farsca zamanın dəvəsi deməkdir?“Molla Nəsrəddin” idarəsi tərəfindən cəmi bazar əhlinə elan olunur ki, onlara hərdən bir ittifaq düşüb qəzet oxuyanda “Şütüri-zəman” Almaniya baş vəzirinin adıdır ki, onu rus əlifbası ilə “Ştrezeman” yazılır, yeni türk əlifbası ilə də “Ştrezeman” yazılır, amma ərəb hərfləri ilə yazanda doğrudan da “zəmanənin dəvəsi” çıxır.

1 мин
Qaranlıqda

“Şəki fəhləsi” qəzetinin 96-cı nömrəsində axırıncı səhifədə oxuduq: “Əmələ müxbirlərimizdən. Təəccüb ediləcək bir hal.Keçmişdə deyirlərdi ki, çəkməçinin çox vaxt ayağı yalın olur, eləcə də azərbaycanlı olub neftsizlikdən qaranlıqda qalmaq da təəccüb ediləcək iş deyildir. Bir aya çatar ki, qəzamızın fəhlə-kəndliləri neft olmadığından gecələr qaranlıqda qalırlar. Bütün kəndçi-fəhlələr günüzlər axşamadək əllərində neft qabları gəzirlər, bir girvənkə neft tapmırlar. Doğrudur, əlacsız qalıb girvənkəsinə üç-dörd yüz milyon verib xəlvət alanlar da olur... ”

2 мин
Şərq qadını

“Şərq qadını” məcmuəsi çıxmağı münasibətiləBaşıbəlalı bir məsələ, xəta-bəlalı bir danışıq... Qan qoxusu gəlir, barıt tüstüsü görsənir, qeyrət hissi oyanır!..

2 мин
Kimdən ötəri

Bu yeni hürufat kimdən ötəri icad olundu?Bu barədə çox danışıq var və bu məsələ çox dolaşıq məsələdir.

1 мин

Стихи других поэтов · Сатира