Misli bərabəri az olan fazili-həqiqi axund Fərəculla Pişnamazzadə həzrətlərinə (Bakı, 12 aprel 1923)
Hər iki məktubunuz yetişdi, nəhayət, şad oldum. Məni bu dərəcədə qiymətləndirməyiniz barmaqlarıma artıq bir qüvvət verir. Çünki bu kifayətdir ki, Siz tək nadirəlvücudlar cızma–qaralarımızı təqdir edirsiniz. Məktubunuzun yetişməyi Həmidə xanımın Bakıya gəlməyinə təsadüf etdi. Hamılıqla Sizə və yoldaşınız Xanım bacıya və nuri-çeşmimiz bəradərzadələrə səmimi dua göndəririk. Hamılıqla Əhməd Nasirin də, Böyükağanın da, Səkinə və Siddiqə xanımın da üzlərindən öpürük və ümid edirik ki, həmin bu dostluğumuz nəinki müvəqqəti, bəlkə baqi ola. Amma balaca oğlum Ənvərə, böyük oğlum Midhətə göndərdiyiniz bir qutu sovqat bunlar üçün toy-bayram oldu. Allah-taala Sizin də balaları həmişə xoşbəxt eləsin. Bundan sonrakı kağızınızda xahiş edirəm onların dərs və tərbiyələri barədə balaca məlumat verəsiniz ki, məsələnin mahiyyətli tərəfi budur.
Ümidvaram ki, yadınızdan çıxmayacaq. Sizin üçün bu ildən birdən əvvəl doqquzuna kimi və Təbriz nömrələrindən altı nüsxə göndərdim. Bundan sonra da Sizə göndərilməkdə olacaq.
Sizi qəlbən istəyən
Cəlil Məmmədquluzadə
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-misli-beraberi-az-olan-fazili-heqiqi-axund-fereculla
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ağdam, 29 avqust (1910)*37-ci nömrə dedikcə yaxşıdır. Çox sağ ol.
Məmmədəli! (4 sentyabr 1910)Mən bilmirəm Bıxovun vekseli, 15 manata, sentyabrın beşinədir, ya onuna. Mənim cib kitabçalarımın birində yazılıb veksellərin müddəti. Tap, bax və mənə tez yaz.Povestka, genə hər nə olsa, tez göndər, qol çəkim, göndərim. Bəlkə bir-iki gün yubandıq.
Əzizim Məmmədəli! (4 oktyabr 1910)Bu gün tel vurdum ki, Manya gəlməsin və kabinet boşalsın. Bu sözlərin mənası budur ki, Vera Akimovna evdən çıxsın.İki gün bundan qabaq Səmədovlara tel vurdum ki, sənə 50 manat versin. Al, lazım olan yerə xərclə.
Əzizim Məmmədəli! (25 oktyabr 1910)Göndərdim sənə 25 manat. Evdən ötrü xərclə. İsmayıldan üzr istəyirəm. Söz verirəm ki, gələn poçt ilə ona pul göndərim.Mən kefsizəm. Qıçlarımı yel tutub. Yazmışam Faiq əfəndi gəlib sənə kömək eləsin.
Стихи других поэтов
Ey sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,
Gəraylı: Xəbər olsun yar-dostaXəbər olsun yar-dosta,Bu fanidən köçdü Qubad.
Viran olu könlüm evi viranə görəndəViran olu könlüm evi viranə görəndə,Viranə virantər olu viranə görəndə.
Gəraylı: Yeri get, ey kafir qızıYeri get, ey kafir qızıƏyninə gey, al qırmızı