“Tərcüman”ın fitvası
Möhtərəm “Tərcüman” qəzeti 36-cı nömrəsində xəbər verir ki, dumanın müsəlman üzvlərindən 5 nəfər vəkil islam məzhəbini atıb, “işçilər” məzhəbini qəbul eləyiblər və iki nəfər vəkil yenə müsəlmançılıqdan çıxıb, sosyal-demokrat məzhəbinə daxil olublar.
“Tərcüman”ın bu sözlərini oxuyanda keçən günlər yada düşür.
İl yarım bundan qabaq Tiflisdə bir para müsəlmanlar qırmızı bayraq götürüb, “Yaşasın hürriyyət!” – deyib küçələri dolananda, böyük mollalarımız camaata buyururdular: “Baxmayın bu axmaqların sözünə, bunlar müsəlmançılıqdan çıxıblar!”.
Elə indi “Tərcüman” də belə buyurur.
Yazıq Hacı Mirzə Həsən ağa, niyə səni qatır üstə mindirib Təbrizdən çıxardıb qovdular? Sənin günahın nə idi, sən nə deyirdin ki? Sən deyirdin ki, “bu məşrutəçilər yoldan çıxıblar”. Bəs səni niyə bu günə saldılar ki, “Tərcüman” qəzeti kimi sənin həmməsləkin var imiş!
“Tərcüman” yazır ki, “işçilər”in məramnaməsi şəriətə ziddir. Ondan ötrü ki, işçilər xüsusi mülkilərin zəhmətkeşlərə təqsim olunmasını tələb edirlər və belə olan surətdə mülk sahibləri razı olmayacaqlar və onlardan alınan mülklər qəsb olacaqlar və bu mülklərdə namaz qılmaq olmayacaq.
Demək, “Tərcüman”ın fərmayişindən bu çıxır ki, məsələn, bütün Maku xanlığında tək bircə Mürtəza Quluxan qıldığı namaz dürüstdür və əgər Maku torpağının istər bir qarışı da rəiyyətin birinə verilə və bu rəiyyət həmin bir qarış yerdə namaz qıla, – namazı batil olacaq.
Xülasə, “Tərcüman” haman nömrəsində çox sözlər danışır; məsələn, başlayıb keçən türk padşahlarından və tərifləyə-tərifləyə gəlib çıxır axıra. Məsələn, yazır ki, Allah onlara rəhmət eləsin, bizim üçün gözəl-gözəl adətlər qoyub gediblər.
Bəli, həqiqət Allah onlara rəhmət eləsin! Ondan ötrü ki, bizim üçün gözəl “adətlər” qoyub gediblər.
Amma, nəuzübillah, mənim yadıma belə gəlir ki, keçən türk padşahları quldurbaşı kimi bir zad imişlər. Mənim belə yadıma gəlir ki, onların bircə dəfə və fikirlərində olmayıb biz biçarəyə bir gün ağlasınlar. Mənim belə yadıma gəlir ki, onların arzu və məşğələləri övrətbazlıq, uşaqbazlıq və millətin səadətini öz nəfslərinə qurban eləmək idi.
Allahü əkbər, Allahü əkbər!
“Tərcüman” keçən padşahları tərifləyir, “Təzə həyat” indiki padşahları tərifləyir; amma bu nainsaflar bircə bunu demirlər ki, bəs biz yazığa nə qalsın.
Hə, yadıma düşdü, qoy deyim, sonra yadımdan çıxar:
“Təzə həyat” 7-ci nömrəsində bizi də zornan çəkir ki, osmanlı sultanına səcdə eləyək və yazır ki, “Molla Nəsrəddin” və cəmi müsəlman qəzetləri osmanlı sultanını zati-ali hesab edir.
Yazıq “Təzə həyat” nə eləsin, Kükəmərdən təzə gəlib və “Molla Nəsrəddin”in nə yazılarını görüb, nə də şəkillərini.
Bəli, “Tərcüman”dan danışırıq.
Ta nə danışaq?
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 28 aprel 1907, №17
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-tercuman-in-fitvasi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu kağızın içində əlli manatlıq çek var. Avqustun 25-də Bıxovun əlli manatlıq vekselinin srokudur. Veksel Volcski-Kamski bankdadır, necə ki, sən də bilirsən.Pulu al, vekseli çıxart, saxla. Həmidə xanımdan bu pulu mən borc aldım, çünki o özü də bankdan borc alır. Və Həmidə xanıma söz vermişəm ki, bu pulu tezlikdə qaytaraq banka.
Məmmədəli! (25 avqust 1910)Bileti və povestkaları göndərirəm. Özün yerbəyer elə ki, hamını bir tövr görsün. Hamısındın vacib metrik xərcidir ki, yerbəyer elə. Sonra ev xərci saxla. Mirzə Əliyə, əlbəttə, beş manat ver ki, mənə bir şey alıb göndərəcək; mən ona yazmışam.İsmayıla bir qədər ver və hər nə qalsa, ver Bağırova və hesabları diqqət ilə yaz saxla. Mirzə Əlinin öz alacağını ver ki, borclu qalmayaq. Bu gün jurnal üçün yazmağa və şəkil düzəltməyə məşğul olacağam. Sabah göndərərəm.
Tiflis. “Molla Nəsrəddin”. SidqiAğdam, 29 avqust (1910)*37-ci nömrə dedikcə yaxşıdır. Çox sağ ol.
Məmmədəli! (4 sentyabr 1910)Mən bilmirəm Bıxovun vekseli, 15 manata, sentyabrın beşinədir, ya onuna. Mənim cib kitabçalarımın birində yazılıb veksellərin müddəti. Tap, bax və mənə tez yaz.Povestka, genə hər nə olsa, tez göndər, qol çəkim, göndərim. Bəlkə bir-iki gün yubandıq.
Стихи других поэтов · Сатира
Hüseyn bəyi həcv*Var mülki-Qarabağda çox dun köpək oğlu,
Əhsən, əhsən!Derlər, düşübdü İran səhmanə, əhsən, əhsən!Əhsəntü barəkallah İranə, əhsən, əhsən!
Yumruq (1)(1)Niyə salmışsan, adə, bir belə boş qovğanı,
Rövzəxanın şikayətiKöhnəlik dövrü keçib, tazə hava tapmalıyıq,Xalqı aldatmağa ahənki-nəva tapmalıyıq.