Bizi məyus edən dəhrdə məyus olsun
Düşdü yadıma kecən gunlərim, əfsus olsun,Bizi məyus edən dəhrdə məyus olsun.
Hanı ol gecə-gunduz zovqu səfa, işrət idi?Hanı ol gun ki, sərapa hamıya ləzzət idi?Hanı ol əhdu vəfa əhli ki, həmsohbət idi?Düşdü yadıma kecən günlərim, əfsus olsun,Bizi məyus edən dəhrdə məyus olsun.
Noldu əxlaqi-həsən, sahibi-yarani-qədim?Noldu ərbabi-sədaqət, hanı ol təbi-səlim?Yox idi kimsədə əsla rəvişi-divi-rəcim,Düşdü yadıma kecən günlərim, əfsus olsun,Bizi məyus edən dəhrdə məyus olsun.
Hamı ol bəzmi-səfa, noldu o ərbabi-vəfa?Oxunurdu gecə ta subhə kimi şuru nəva,Yox idi kimsənədə dərdu ələm, qəm əsla,Düşdü yadıma kecən günlərim, əfsus olsun,Bizi məyus edən dəhrdə məyus olsun.
Malu can eylər idi sərf o yarani-əziz,
İrzu namus edib hifz rəfiqani-əziz,
İkilik yox, gorunurdu hamı bir cani-əziz,
Düşdü yadıma kecən günlərim, əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.
Hər kəsin var idi, sərf eylər idi simu zəri,
Bir-birindən yox idi hic kəsin bir kədəri,
Yox idi hic kəsin mohnətu qəmdən xəbəri,
Düşdü yadıma kecən günlərim, əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.
Şimdi bu şəhrdə bir əhli-sədaqət yoxdur,
Bu qədər xəlqdə bir mərdi-dəyanət yoxdur,
Nə muruvvət, nə vəfa, əhdu-əmanət yoxdur,
Düşdü yadıma kecən günlərim, əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.
Mən səyahət elədim aləmi cox ləzzət ilə,
Gordum ərbabi-kamalatu hunər, hormət ilə,
Gormədim hic kəsi dərdu qəmu mohnət ilə
Düşdü yadıma kecən günlərim, əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.
Şimdi məxluq olub əhli-qərəz, hasidi-dun,
Kizbu bohtanu riya xəlqi edib zaru zəbun,
Yoxdu bir yar deyim dərdi-dilim ona kunun,
Düşdü yadıma kecən günlərim, əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.
Yoxdu, yarəb, gorəsən Şişədə bır əhli-kamal?
Oturub aqibəti-karı edə bircə xəyal,
Qoymuya milləti-islamın ola əmri mahal,
Düşdü yadıma kecən günlərim, əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.
Şimdi olmuş cuhəla firqələri rəhbərimiz,
Cahilu nakəsu naəhl olub sərvərimiz,
Gizlənibdir uləma, əhli-qələm, hər birimiz,
Düşdü yadıma kecən günlərim, əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.
Dovreyi-cardəhhomdur qəmərin dövranı,
Nə yaman dövrdi, dərhəm elədi dünyanı,
Məhv edib cövru cəfa, zülmü sitəm hər yanı,
Düşdü yadıma kecən günlərim, əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.
Qəmlərdir bu iki firqə, bu ovladi-vətən,
Bir-birilə dolanırdı necə kim, can ilə tən,
Nə küdurət, nə ədavət, nə qəmu dərdu mihən,
Düşdü yadıma kecən günlərim, əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.
Ermənilərlə müsəlman calışıb leylu nahar,
Qıldılar səy ki, abad ola bu mülkü diyar,
Nə gözəl olmuş idi mulki-vətən axir kar,
Düşdü yadıma kecən günlərim, əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.
Ah, o gundən ki, bu gulustana gəlib necə qurab,
Verdilər səs-səsə avaz eyləyib misli-kəlab,
Bu gozəl gulşəni onlar elədi boylə xarab,
Payimal oldu vətən gülləri, əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.
Rumdan Qafqaza uz qoydu axır daşnaqiyun,
Düşdü ortalığa aşubu bəla, fitnə, cunun,
Bu qədər qanlara bais olar oldu əknun,
O axan qan, o gedən canlara əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.
Saldı fursət əlinə düşmənu əğyari-vətən,
Qıldı tədbir ki. aşub ola əşrari-vətən,
Gör nə xunxar elədi xəlqi bu xunxari-vətən,
Bir deyən olmadı bu qanlara əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.
Tarümar oldu vətən gülşəni, pamal oldu,
Bulbulani-vətən avarə qalıb, lal oldu,
Bir deyən olmadı, "yarəb, niyə bu hal oldu?"
Düşdü yadıma kecən günlərim, əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.
Əyyuhel-qovm, kifayətdi bu qəflət, bəsdir,
Tarümar oldu vətən, bəsdir ədavət, bəsdir,
Bu qədər bəsdir həqarət, bu rəzalət bəsdir,
Bir cəkin bari xəcalət, deyin: əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.
Şimdi aləm yığışıb səy edər azad olsun,
Ki, gərək bir-birinə xəlqdən imdad olsun,
Qalmasın zulmu sitəm, evləri abad olsun,
Bu qədər zulmu sitəmlər olub. əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.
Bir baxın dumda nə fəryad edərdi vukəla,
Sizdən ötrü bu qədər səy edərdi uqəla,
Verməyin duşmənə fursət, dəxi bəsdir, cuhəla,
Siz də bircə ayılın, söyləyin əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.
Vətən övladı gərəkdir cəkə dərdi-vətəni,
Ta qəbul eyliyə hər cövru cəfavu muhəni,
Ola mohkəm bu məmalikdə fəlah əncuməni,
Soyliyə, kecmiş olan işlərə əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.
İndi vacibdi verin əl-ələ, ey əhli-vətən,
İndi lazımdı həmavaz ola murğani-vətən,
Qoymaya gulşən ara məskən edə zağu zəğən,
Soyulur bülbüli-can, ah, səd əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.
Ey Məmai, elədi diltəng səni tərhi-suxən,
Yuxudan indi acıb gozlərini əhli-vətən.
Bir deyən varmı nədən ötrüdü bu zülmü fitən,
Yuxudan göz acıban seyr elə, əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memo-bey-memai-bizi-meyus-eden-dehrde-meyus-olsun
Другие произведения автора
Ey gözüm nuri, qarari-düi-ürfan, getmə,"Məhfili-üns" sənin canına qurban, getmə.
Ey gözüm nuri, qarari-düi-ürfan, getməNeyləyim, covr eləyir cərxi-cəfakar mənə,Göndərib hər nə qədər covr, sitəm var, mənə.
Bir bikəsi-zarəm, vətənimdə vətənim yoxBir bikəsi-zarəm, vətənimdə vətənim yox,Bir bülbüli-bibalu pərəm, vay, cəmənim yox!
Vəh, necə kəc gərdiş eylər cərxi-kəcrəftar kəcVəh, necə kəc gərdiş eylər cərxi-kəcrəftar kəc!Əsr gəcdir, dovr gəc, dovrani-bədkirdar kəc.
Стихи других поэтов · О родине
Söylə mənə, ey şapka, nədir səndə əlamət,Baş yendiririk doğrudu bir xanı görəndə,
Sünbül dənə dolub əydi başınıSünbül dənə dolub əydi başını,Səhərin mehində baxdı torpağa:
VarFeyruz, söylə İstambul paşasına,Qarabağın çox dəyərli adı var.
AğlasinYaşılbaş sonalar ötər göllərdə,Qırıldı qanadım qaldım çöllərdə,